Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

I Qriqor Dop

I Qriqor Dop, Qriqor Xaçınlı – XIII əsrdə Xaçın knyazı.

Hakimiyyətinə Yuxarı Xaçın ərazisi daxil idi. I Həsən və Dəfnə xatunun övladı olmuşdur. Həsən Cəlalın xalası oğludur. I Qriqor Dop oğlu Saak Sevada ilə birgə monqol sərkərdəsi Baycu noyonun Mesopatamiya səfərində (1242—1243) iştirak etmişdir. Özündən sonra hakimiyyətə oğlu Həsən gəlmişdir. Digər oğlu Hovannes isə monax həyatını seçərək monastırda qulluğa başlamışdır. I Qriqor Dopun adı ilk dəfə 1220-ci ildə Hədəvəng monastırının kitabələrindən birində xatırlanır. Onun adından yazılmış və monqolların İran, Ermənistan və Xaçını ələ keçirməsi ilə başa çatan kiçik bir “Xronoqrafiya “ dövrümüzə çatmışdır.


Tarix: 30.01.2015 / 18:54 Müəllif: Feriska Baxılıb: 28 Bölmə: Qafqaz Albaniyası
loading...