Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadınlar kişidə ilk nəyə fikir verir?
Qadınlar kişidə ilk nəyə fikir verir?

Kişilər "Qadınla görüşərkən ilk onun nəyinə fikir verirsiniz?” sualına əksər hallarda "ayaqlar, sinə, bədən fiqurası” kimi cavablar verirlər.

"Think Eye Tracking” firması qadınların kişilərdə ilk olaraq nəyə fikir verdiyini üzə çıxarmaq üçün kiçik araşdırma aparıb. Bu zaman araşdırmada iştirak etmək istəyən bir qrup qadının qarşısına çimərlik geyimində müxtəlif kişi şəkilləri qoyulub və xüsusi aparatlar vasitəsilə onların göz hərəkətləri analiz edilib. Nəticədə məlum olub ki, qadınlar kişilərdə ilk olaraq qarın əzələlərinə diqqət yetirirlər. Əzələlərdən sonra qadınların kişilərdə fikir verdiyi əsas bölgələr onların çiyini və üz cizgiləridir.

"The 30 Day Love Detox” kitabının müəllifi Dr.Dendy Walshın sözlərinə görə, qadınların xəyalındakı ideal ər obrazı üz cizgiləri ilə olmasa da, bədən quruluşu ilə digər kişilərdən fərqlənməlidir. Bədən quruluşu qadınların həyat yoldaşı və ya sevgili seçərkən diqqət yetirdikləri əsas faktordur. Üz cizgilərinə gəldikdə isə qadınlar üzündən nəzakətli və ağıllı olduğu hiss edilən kişilərə üstünlük verirlər.


Tarix: 17.04.2015 / 17:49 Müəllif: Aziza Baxılıb: 268 Bölmə: Qadın dünyası
loading...