Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadınların kişilərdən oğurladıqları
Qadınların kişilərdən oğurladıqları

Bugünkü qadın qarderobu kişi geyimləri ilə doludur.

Heç bilirsiz, kişilərə məxsus olan nə qədər geyim və əşyanı qadınlar "borc olaraq” alıb və bir daha geri qaytarmayıb?

Sarafan
Bu geyimi qadınlar kişilərdən XVII əsrdə oğurlayıb, göründüyü kimi bir daha geri verməmişlər. Amma bir zamanlar sarafan öz formasına görə fars geyimi olan "qolsuz kişi kaftanı” –"sərapa” adlanırdı. İvan Qroznıy da bu şəkildə geyinirdi: " Padişahın əynində bir geyim vardı –kənarları albalı rəngli işləməli al rəngli bahalı sarafan”.

Hündür daban
"Burun hissəsindən pasxa yumurtası diyirlənər, qırmızı daban altından quş uşar”. Bu nə deməkdir? Müasir dəbli hündür daban qadın çəkmələri, bu "qoçaq, cəsarətli kazak Stepan Razin” in çəkmələri barəsindədir. Uzun illər qadınlara hündür daban çəkmə geyinməyə icazə verilməmişdi, çünki bunu "öz ağasının gözündə yüksəlmə” kimi dəyərləndirirdilər. Daha sonralar bu dövrün gözəlçələri tərəfindən hiyləgərliklə oğurlanmışdır.

Rəngli kəmərlər
Rəngli daş-qaşla, qızıl zəncirlərlə, pullarla bəzədilmiş dəri kəmər geyinən bugünün modabazına Qədim Rusiyada "yaxşı dərs” verərdilər. Qadınlara yalnız kətan və yundan toxunmuş kəmərlərə icazə verilirdi. Kişilər isə dəri qurşaq və toqqalı kəmər bağlayırdılar. Kişi yüksək rütbəli hərbçi idisə, ləyaqət rəmzi kimi hər kəsin özünə uyğun bürünc və gümüş pullarla bəzədilmiş dəri kəmərlər bağlayırdılar.

Legenslər
Demək olar ki, XIII əsrdən başlanan kişi davaların simvolu şalvardır. Hər bir halda, belə bir - "Şalvar kimdədirsə, hakimiyyət ondadır” alman məsəli də məhz, o zaman yaranmışdır. Beləliklə, 1980-ci illərdə şalvarlara da "son zərbə” vuruldu, bir zamanlar qurşaqdan aşağı kişi vücudunu göstərən hərbi süvari şalvarı olan legenslər sintetik qadın şalvarına çevrildi.

Corablar
Bu atın üzərində tarazlığın qorunması və yəhərdən düşmələri xəcalət olmasın deyə, baldır əzələlərini inkişaf etdirən roma, yunan atlılarından qalan bir xatirədir. Məhz öz kişilik statuslarını xüsusilə nəzərə çatdırmaq üçün (yapışan corablar isə bunun üçün ən yaxşı üsuldur) XVIII əsrin sonlarınadək sevimli cənablarımız incə corablar geyinirmiş. Qadınların corab geyinməsinə isə ehtiyac yox idi, paltarları dabanlarınadək uzandığından onları göstərib nazlana bilməyəcəklərdi...

Parik
Qədim zamanlarda parikdən yalnız kişilər istifadə edirdilər, həm də hər yoldan ötən deyil, yalnız rəhbərlər və onlara yaxın insanlar. Çox hündür olan pariklər, o zamanlar general papağına tay idi. O zahirən başın ölçüsünü böyüdərək, aslana – heyvanların şahına bənzər görüntü verir, yəni bu kişi ilə zarafat etmək olmaz. Lakin artıq romalıların dövründə qadınlar da ondan istifadəyə başladılar, amma heç də yaxşı məqsədlə deyil. Məsələn, imperator Klavdiyanın üçüncü arvadı Messalina bu şəkildə maskalanaraq, fahişəxanaya gedirdi.

Göz kölgəsi
Məhəmməd peyğəmbərin əmisi oğlu Abdullah ibn Abbas belə yazırdı: "Peyğəmbərin sürmə üçün ayrıca bir qutusu vardı, əvvəl üç dəfə sağ gözünə, sonra isə üç dəfə sol gözünə”. Sürmədən bütün ərəb yarımadasında yaşayan kişilər istifadə edirdilər, göz kölgələri günəş şüalarının əksinin səyyahların gözlərini qamaşdırmasına mane olurdu. Bu effekti daha sonra quldurlar da özləri üçün kəşf etdi. Amma onlar sürmə əvəzi yandırılmış tıxacdan istifadə edirdilər.


Tarix: 17.04.2015 / 17:37 Müəllif: Aziza Baxılıb: 335 Bölmə: Qadın dünyası
loading...