Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gəlinin təcili vəziyyətlər üçün çantası necə olmalıdır? Gəlinin təcili vəziyyətlər üçün çantası necə

Bu cantanın içində toy günü təcili olaraq ehtiyacınız ola biləcək hər şeyi tapa bilməlisiniz.
Çantanı toy məkanındakı gəlin otağına qoya bilərsiniz. Çantanın məsuliyyətini yaxın bir rəfiqənizə və ya qohumunuza verə və tapşıra bilərsiniz. Çantanı toya gətirmək və toydan sonra evə aparmaq, bu yaxınınızın vəzifəsi olmalıdır.
Əziz gəlinlər, mən ehtiyacınız ola biləcək hər şeyi əlavə etdim, amma ağılınıza gələn başqa detallar varsa unutmadan qeyd edərək dərhal çantanıza əlavə etməlisiniz.

Gözəllik üçün
Üz kirşanı
Əl kremi, nəm dəsmal
Quru dəsmal
O axşam üçün istifadə edilən rənglərdə makiyaj vəsaitləri
Körpə kirşanı (gəlinliyinizdə meydana gələ biləcək ləkələr üçün yalnız ləkənin üzərinə su vurub kirşanla örtməniz kafi olacaq.)
Makiyaj təmizləmə dəsmalları (həm üzünüz həm də lazım olsa paltarınız üçün)
Antiperspirant
O gecə üçün seçdiyiniz ətiriniz
O gecə sürtülən rəngdə dırnaq boyanız və aseton
Kiçik bir dəsmal (makiyajınızı təzələyərkən boyunuza qoysanız gəlinliyinizin ləkəli olmasını önləyərsiniz)
Saç qurutma maşını (saçınız üçün deyil, çıxardığınız ləkələri qurutmaq üçün!)
Jele və saç spreyi
Daraq və ya fırça (bəyin ehtiyacı ola bilər)
10-15 dənə tel broş

Sağlamlıq Üçün
Ağrı kəsici- qızdırma salıcı
Sakitləşdirici.
Mədəniz üçün anti-turşu həbləri
Allergiya dərmanı
Qrip və ya soyuqdəymə dərmanı
Aspirin
Yara bantı
Odekolonlu dəsmal

Praktik vəsaitlər
Toplu iynə
Ehtiyat sırğa arxaları (sırğanızın arxası düşsə istifadə etmək üçün)
Bəy üçün üçün ehtiyat düymə
Düz altlı ayaqqabı (geyindiyiniz ayaqqabı ayağınızı sıxsa ya da ayağınız şişsə geyinmək üçün)
Ütü
Yarana biləcək söküklər üçün tikiş vasitələri
O gecə geydiyiniz rəngdə artıq bir incə corab
Kiçik qayçı


Tarix: 10.01.2015 / 12:51 Müəllif: Aziza Baxılıb: 33 Bölmə: Qadın dünyası
loading...