Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xoşbəxt olmaq istəyirsənsə, mükəmməl qadın olma!

Qadın olmaq lazımınca çətin deyilmiş kimi mükəmməl qadın olmaq cəhdi həyatınızı yeyib bitirir. Budur mükəmməl qadının tərifi və onu gözləyən böyük təhlükə.

MÜKƏMMƏL QADIN NECƏ OLUR?
1. Əvvəlcə yaxşı bir övlad olur. Qadınlığımızla bağlı bütün məlumatlar bizə hələ uşaqlığımızdan verilir. Qız uşagı olaraq edə biləcəkləriniz və edə bilməyəcəkləriniz haqqında sərhəd qoyulur. Həmin vaxtda yaxsı bir ev xanımı ola bilməyiniz üçün dərs keçilir sizə. Dekaratsiyanın ən gözəlini, ütünün ən yaxşısını, yeməyin ən dadlısını bişirmək elə də asan deyil. Üstünə birdə evə gələn pulla lazımi ərzaq aldıqdan sonra kənara da pul qoymaq qabiliyyətində olmalısınız.
2. Əgər bunu bacarsanız növbədə yaxşı bir həyat yoldaşı olmaq gəlir. Yoldaşınızın bir çox hərəkətində, geyimində siz məsuliyyət daşıyırsınız. Əgər yoldaşınız ütüsüz şalvar geyinibsə, səliqəsiz paltar geyinibsə ətrafdakılar bunda sizi günahlandıracaq.
3. Sonra isə növbədə yaxşı bir ana olmaq gəlir. Övladınızı Vətənə, millətə xeyirli biri olaraq yetişdirəcəksiniz, mehriban və qayğıkeş olacagsınız.Məktəbindən tutmuş dostlarına qədər bütün mövzulrı ilə maraqlanacaqsınız. Uşağınızın səhvi sizin həyatınıza təsir edir.

MÜKƏMMƏL QADININ SON ÜNVANI BƏDBƏXTLİK
Həyatını başqalarına həsr edən və yalnız ətrafdakılar üçün yaşayan qadın xoşbəxt ola bilməz. İnsanlar rahat yaşamağa çox tez öyrəşirlər. Onların vəzifələrini üstlənərək, onlara görüləcək iş saxlamadıqda sizi təqdir edib sevməzlər. Əksinə bir müddət sonra bu işlərin sizin vəzifəniz olduğunu düşünüb siz bu işləri görmədikdə sizi qınayacaqlar. Uşağınızın rəsm dərsini çəkməklə, təmir lazım olan ütünü təmir etməklə yaxşı bir iş görmürsünüz. Hər insanın təqdir edilməyə və özünü vacib biri kimi hiss etməyə ehtiyaci vardır. Siz onlara görüləcək bir iş saxlamadıqda bu hissi onların əlindən alırsınız və onlarda özlərini başqa yerlərdə tapırlar.

MÜKƏMMƏL ANCAQ TƏNHA
Mükəmməl qadınların həyatları adətən uğursuz izdivaclarla sonlanır. Mükəmməl qadınlar həmişə aldadılır və xəyanətlə rastlaşırlar.Ətrafınızda əlbəttə ki qibtə etdiyiniz cütlüklər vardır. Ancaq bir gün həmin kişini öz xanımından dəfələrlə eybəcər biri ilə gördükdə təəccüblənir və kişini qınayırsınız. Amma necə ki türklər demiş madalyonun digər üzünü görməmişsiniz. Başqaları üçün yaşamaq, onların etməli olduğu şeyləri etmək və fədakarlıqlar etmək sizi sevdirməz, əksinə dəyərsizləşdirər. Mükəmməl qadın olmağa çalışarkən heç özünüz də bilmədən ətrafınızdakıları da mükəmməlləşdirirsiniz. Belə olduğu halda yoldaşınız, övladınız və hətta öz yaxınlarınız da bir müddət sonra sizdən uzağlaşacaq. İnsan mükəmməl olmayan bir canlıdır. Mükəmməl olmaq insana aid deyil. Mükəmməl olmaq özünüzü dəyərsizləşdirmək və bədbəxtliyə gedən yoldur.

ÖZÜNÜZÜ OLDUĞUNUZ KİMİ SEVMƏYİ ÖYRƏNİN.
Qoyun, içinizdəki o əksikliklər və səhvləriniz ortaya çıxsın. Həyatınızın sonunda mükəmməl ancaq tənha bir qadın olmaq istəmirsinizsə qüsursuz bir həyat yaşamaqdan əl çəkin. Əkshikləriniz və səhvlərinizlə ozünüzü sevməyi bacarın. Siz özünüzü dəyərli hesab etmir və sevmirsinizsə bunu başqalarından necə gözləmək olar axı?


Tarix: 10.01.2015 / 11:20 Müəllif: Aziza Baxılıb: 77 Bölmə: Qadın dünyası
loading...