Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qala görmək

Yuxuda qalaya salınıb həbs edilmisinizsə, bu, rəqiblərinizin sizi pis vəziyyətə salacaqlarına işarədir. Başqalarını qalada həbs etmək o deməkdir ki, siz tədricən korlanmış işlərinizi qaydaya salaraq qadınlarla barışacaqsınız.

Yuxuda qala görmüsünüzsə, bu o deməkdir ki, siz həyatda çox şeyə nail olmaq istəyirsiniz. Qalaya çıxırsınızsa, siz uğur əldə edəcəksiniz. Əgər qaladan enən kimi qala uçursa, sizi ümidsizlik və məyusluqlar gözləyir.

Yuxuda qala hakimiyyət, əzəmət rəmzidir.Yuxuda şiştəpəli qala görmək o deməkdir ki, nüfuzunuz azalacaq, öz hakimiyyətinizdən ehtiyatsız istifadə edirsiniz. Yaxınlaşmaq mümkün olmayan qala görmək çox mühüm şəxs,siyasi xadimlə görüşəcəyinizə işarədir. Yuxuda möhkəm qala görmək güc və böyük hakimiyyət rəmzidir. Dağıdılmış qala görmək böyük siyasi dəyişikliklərə işarədir. Silahlı insanlarla mühasirəyə alınmış qala görmək rəqiblər arasında mübarizə, müxtəlif nüfuzlu şəxslər arasında toqquşmalara işarədir. Mazğallı qala görmək əsarət əsasında qurulmuş hakimiyyət, təcavüz rəmzidir.

Yuxuda qala hisslərin ucalığını, maneələrin dəf edilməsi və ya əlçatmaz arzulara nail olmağın rəmzidir. Əgər siz yuxuda çox böyük çətinliklə pillələrlə qalanın başına qalxırsınızsa, bu, o deməkdir ki, siz qarşınıza qoyduğunuz məsqədə çatmaq üçün çoxlu sayda maneələri dəf etməli olacaqsınız. Qarşınızda hündür qalanın ucaldığını görmək qəlbinizi dolduran hisslərin və istəklərin ucalığından xəbər verir. Əgər yuxuda qala yıxılsa və dağılsa, siz öz düşünülməmiş qərar və hərəkətlərinizlə öz xoşbəxtliyinizi məhv edəcəksiniz. Çay kənarında dalğaların yuyub apardığı qumdan qala tikmək, səylərinizin hədər gedəcəyindən və yalnız fantaziyanızda həyata keçəcəyindən xəbər verir. Yuxuda hündür qaladan tullanmaq, lakin əzilməmək nəticəsi yalnız sizdən asılı olan mühüm və məsuliyyətli qərar qəbul etməli olcağınızın əlamətidir. Yuxuda dağılacaq qalanın içərisində olmaq, pilləkənlərdə dolaşmaq və çıxış yolunu axtarmaq ayıqlıqda sosial təlatümlərin iştirakçısı olacağınızdan xəbər verir. Yuxuda hündür qala tikmək və ağır və iri daşları özünüzün daşımağınız, arzunuza çatmaq üçün həyatın bütün məşəqqətlərini geridə qoya biləcəyinizdən xəbər verir.


Tarix: 02.04.2014 / 16:11 Müəllif: Ebulfez Baxılıb: 110 Bölmə: Q hərfi
loading...