Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qab görmək

Yuxuda təmiz qab görmək xoşbəxtlik çağının başlanğıcına işarədir; nəhayət, tale sizin də üzünüzə güləcək. Çirkli qab pis gələcəyə işarədir. Yuxuda əlinizə qab almısınızsa, həqiqətdə uğur sizi hökmən tapacaq; qablar əlinizdən düşüb sınıbsa, uğurlu hadisələrin müddəti qısa olacaq. Yuxuda rəfdə işıq saçan qablarınızdan zövq almısınızsa, bu, imkanlı olduğunuza və yaxşı gəlirə işarədir. Gənc qadın gözəl qab-qacaq mağazasına giribsə və mallara heyran olubsa, onu yaxşı bir insanla xoşbəxt evlilik gözləyir. Səliqəsiz, boş rəfləri olan qab mağazası işlərdə dolaşıqlıq və ruh düşkünlüyünə işarədir.


Уuxuda qab görmək o deməkdir ki, sizi qəmli hadisələr gözləyir. Əgər yuxuda qabı su ilə doldurursunuzsa, bu, işlərinizdə uğur vəd edir. Belə yuxu iş adamına biznesdə uğur vəd edir. Yuxuda qab yumaq ədalətsizliyə işarədir. Ola bilsin ki, sizi təhqir etsinlər. Əgər siz bağ evinizdə böyük qab görürsünüzsə, sizi xoşbəxt həyat gözləyir, maddi problemlər yaşamayacaqsınız. Gənc qadın yuxuda qab rəngləyirsə, o, başqa qadına məxsus kişinin sevgisini qazanmağa nail olacaq.


Tarix: 02.04.2014 / 16:04 Müəllif: Ebulfez Baxılıb: 121 Bölmə: Q hərfi
loading...