Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şahmar Əhmədov - Ailəsi

Şahmar müəllim özü isə, bir oğul, altı qız övladı atası idi. Həyat yoldaşı Abbasova Lətifə Möhsün qızı 35 ildən yuxarı müəllimə işləmiş, 1987-ci ildə avqust ayının 15-də Bakı şəhərində vəfat etmişdir. Məzarı Bakının “Mehdiabad” qəsəbəsindədir. İlk övladı Ofeliya xanım 1970-ci ildə Ermənistan SSRİ-nin Yerevan şəhərində vəfat etmişdir. Arzu və Azər adında iki oğulları var. İkinci övladı Raya xanım 16 noyabr 1947-ci ildə Ermənistan SSRİ-nin Amasya rayonunda dünyaya gəlmişdir. Hazırda Bakı şəhəri, Binəqədi rayonu 244 saylı orta məktəbdə riyaziyyat müəlliməsi işləyir. Əmək fəaliyyət müddətində bir sıra dövlət təltiflərinə layiq görülmüşdür. Leyla adında bir qızı var. Üçüncü övladı Tərifə xanım 1 yanvar 1951-ci ildə Ermənistan SSRİ-nin Zəngibasar rayonunda anadan olmuşdur. Evdar qadındır, kimya elmləri doktoru Əhmədov Ələddin İslam oğlunun həyat yoldaşıdır. Xatirə, Sevinc, İlhamə və Ofeliya adında qızları var. Dördüncü qızı Tahirə xanım 30 iyun 1953-cü ildə Ermənistan SSRİ-nin Zəngibasar rayonunda anadan olmuşdur. İxtisasca ingilis dili müəlliməsidir, hazırda təqaüddədir. Cavid, Vurğun və Mürvət adında üç övladı var. Oğlu Tahir 2 oktyabr 1956-cı ildə Ermənistan SSRİ-nin Zəngibasar rayonunda anadan olmuşdur. İxtisasca nəqliyyarçıdır. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasında mühəndis vəzifəsində çalışır. Şahmar və Etibar adında iki övladı var. Altıncı qızı Cəmilə xanım 15 may 1959-cu ildə Ermənistan SSRİ-nin Zəngibasar rayonunda anadan olmuşdur. İxtisasca ingilis dili müəlliməsidir, hazırda təqaüddədir. Cəmil adında bir oğlu var. Sonuncu qızı Mahirə xanım 11 oktyabr 1963-cü il tarixində Ermənistan SSRİ-nin Amasya rayonunda doğulmuşdur. Ailəlidir. Uzun müddət Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarında çalışmış, mayor rütbəsinə layiq görülmüşdür. Hazırda təqaüddədir.


Tarix: 09.02.2015 / 16:21 Müəllif: Feriska Baxılıb: 132 Bölmə: Qərbi Azərbaycan
loading...