Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ellər rayonu

Ellər - Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qırxbulaq mahalı ərazisində rayon.

1930-cu il,sentyabrın 9-da yaradılıb. 1961-ci il,oktyabrın 12-nə qədər Kotayk rayonu,həmin tarixdən etibarən isə Abovyan rayonu adlandırılıb. Ərzisi 844 kv km-dir. Rayon mərkəzi respublika tabeli Ellər (dəyişdirilmiş adı Abovyan) şəhəridir.Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 16 km-dir.

Göyçə (dəyişdirilmiş adı Geğam) yaylasının bir hissəsi rayon ərazisinə düşür.Əjdaha dağı (h.3598 m) həmin yaylanın bu rayon ərazisindəki ən hündür zirvəsidir.

1948-1951-ci illərin köçürmə siyasətinə ən çox məruz qalan rayonlardan biridə Ellər rayonudur. Bu illərdə rayonun Ellər, Başkənd, Avdallar, Göykilsə, Çadqıran, Dəlləkli, Muradtəpə, Alakilsə, Ağadərəsi, Yelqovan, Zar,Şahab, Təzəkənd, Tutiyyə, Qaraqala, Kərpicli, Ərtiz və başqa rayonlarının azərbaycanlı əhalisi Azərbaycana köçürülmüşdür.

1970-ci illərdə rayon ərazisinin bir hissəsi Əştərək rayonunun bir hissəsi ilə birləşdirilərək yeni Nairi rayonu yaradılmışdır.


Tarix: 09.02.2015 / 12:05 Müəllif: Feriska Baxılıb: 54 Bölmə: Qərbi Azərbaycan
loading...