Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sətənəxaç

Tarixi
Bаsаrkеçər rаyоnundа kənd аdı. Digər аdı Hаcı Qərib.

Satanağac - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Basarkeçər (Vardenis) rayonunda kənd. Rayon mərkəzindən 17 km şimal-qərbdə, Göyçə gölünün yaxınlığında yerləşir. Kəndin adı təhrif edilərək Satanaxaç kimi də işlədilir. Kəndin digər adı Hacı Qərib olmuşdur . Kənddə 1873 - cü ildə 132 nəfər, 1886-cı ildə 214 nəfər, 1897-ci ildə 299 nəfər, 1908-ci ildə 343 nəfər, 1914 - cü ildə 659 nəfər, 1916-cı ildə 430 nəfər, 1919 - cu ildə 360 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1919 - cu ilin yazında - aprelin 13-20-də kənd erməni təcavüzünə məruz qalaraq azərbaycanlılar qırğınlarla deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk etmiş azərbaycanlılardan sağ qalanlar ata-baba torpaqlarına dönə bilmişdir. Burada 1922-ci ildə 300 nəfər, 1926-cı ildə 327 nəfər, 1931-ci ildə 411 nəfər, 1939 - cu ildə 481 nəfər, 1959 - cu ildə 562 nəfər, 1979 - cu ildə 1223 nəfər, 1987-ci ildə 1890 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabrın axırlarında və dekabrın əvvəllərində Ermənistan dövləti kəndin köklü sakinləri olan azərbaycanlıları tarixi-etnik torpaqlarından deportasiya etmişdir. İndi ermənilər yaşayır. Toponim türk dilində «çəpər», «hasar» mənasında işlənən sadan (əsil sedan) sözünə, «Tir, dirək, taxta» mənasında ifadə edən ağac sözünün qoşulması əsasında formalaşmışdır. Erm. SSR AS RH-nin 3. I. 1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Güney qoyulmuşdur. Ermənistan prezidentinin 19. IV. 1991-ci il fərmanı ilə yenidən adı dəyişdirilib Arequni adlandırılmışdır.

Görkəmli şəxsiyyətləri
İsmayıl Məmmədov (alim) - Filologiya elmləri doktoru, professor.
Elmar Şərifov (alim) - tibb üzrə fəlsəfə doktorru, assistent.


Tarix: 06.02.2015 / 18:59 Müəllif: Feriska Baxılıb: 107 Bölmə: Qərbi Azərbaycan
loading...