Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Güllücə (Amasiya)

Güllücə — Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd.

Tarixi
Rayon mərkəzindən 24 km şimal-qərbdə, Arpa gölünün şimal sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Erməni mənbələrində kəndi adı Gyulica, Gyulluca formalarında da əksini tapır.

Toponim gül sözünə sifət düzəldən -lü və sifətin çoxaltma dərəcəsinin əlamətini bildirən -cə şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir.

Əhalisi
Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. Erməni mənbələrində kənddə qarapapaqların yaşadığı göstərilir və onlar xalq kimi qeyd edilir. Qarapapaqlar azərbaycanlılarn formalaşmasında iştirak edən türk tayfalarından - azərbaycanlılarn etnoqrafik qruplarından biridir.

Kəndə 1886-cı ildə 193 nəfər, 1897-ci ildə 288 nəfər, 1908-ci ildə 324 nəfər, 1914-cü ildə 378 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1916-1918-ci illərdə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq qırğınlarla deportasiya olunmuş və Türkiyəyə pənah aparmışlar. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra azərbaycanlılar doğma yurdlarına qayıda bilmişlər. Burada 1922-ci ildə 517 nəfər, 1926-cı ildə 553 nəfər, 1931-ci ildə 576 nəfər, 1939-cu ildə 624 nəfər, 1959-cu ildə 594 nəfər, 1979-cu ildə 985 nəfər azərbaycanlı yaşamışdır. 1989-cu ilin yanvarında Ermənistan dövləti tərəfindən kəndin sakinləri - azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.


Tarix: 06.02.2015 / 18:30 Müəllif: Feriska Baxılıb: 44 Bölmə: Qərbi Azərbaycan
loading...