Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dəstəgird

Dəstəgird - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonunda kənd. Rayon mərkəzindən 7 km cənub-qərbdə, Bərgüşad dağlarının ətəklərində yerləşir. Tarixi
1590-cı il tarixli "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə qeyd edilmişdir. Kəndin adı erməniləşdirilərək Dəstəkert formasma salınmışdır.

Mədəniyyəti
Coğrafiyası və iqlimi
Toponim qaraçorlu türk tayfasından olan bərgüşad tayfasının mənsub dəstəgird etnonimindən əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Əhalisi
Kənddə 1908-ci ildə 555 nəfər, 1914 - cü ildə 400 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə ermənilər azərbaycanlıları qırğınlarla qovmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra kənd sakinləri öz evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 358 nəfər, 1926-cı ildə 338 nəfər, 1931-ci ildə 434 nəfər yalnız azərbaycanlı yaşamışdır . 1950-ci illərdə mis-molibden kombinatının yaradılması ilə əlaqədar buraya ermənilər köçürülmüşdür. 1987-ci ildə 1700 nəfər azərbaycanlı və erməni olmuşdur ki, bunun da 80%-ni azərbaycanlılar təşkil edirdi. 1988-ci ilin noyabr ayında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya edilmişdir. İndi burada təkcə ermənilər yaşayır.


Tarix: 06.02.2015 / 18:26 Müəllif: Feriska Baxılıb: 59 Bölmə: Qərbi Azərbaycan
loading...