Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Canəhməd

Tarixi
Canəhməd İrəvаn qubеrniyаsının Nоvоbаyаzid qəzаsındа kənd olub. Toponim şəxs adı əsasında formalaşmışdır. Kənd Sultanəli adlı şəxs tərəfindən salındığı və onun qışlaq yeri olduğu üçün Sultanəli qışlağı adlanmışdır. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kəndin adı sonra dəyişdirilərək Canəhməd qoyulmuşdur. Ermənistan SSR AS RH-nin 3 iyul 1969-cu il fərmanı ilə kəndin adı dəyişdirilib Günəşli, Ermənistan prezidentinin 19 aprel 1991-ci il fərmanı ilə yenidən adı dəyişdirilib Kutakan adlandırılmışdır.

1728-ci ilə аid mənbədə İrəvаn əyаlətinin Аrаlıq nаhiyəsində qışlаq kimi qеyd оlunmuşdur. Kənd rаyоn mərkəzi Bаsаrkеçərdən 14 km. şimal-şərqdə, Ağ yoxuş aşırımının ətəyində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Erməni mənbələrində Canəhməd kəndi kimi öz əksini tapmışdır.

Coğrafiyası və iqlimi
Günəşli kəndi üçün soyuq iqllim şəraiti keçərli olub, ilin yarısı qarlı keçir. Kənd çox münbit torpaq resurslarına, bol içməli su ehtiyatlarına, gözəl və zəngin təbiətə malikdir. Kəndin dağları təbii minerralarla zəngindir. Civə və dəmir ehtiyatları Sovet dövründə aşkarlanmışdır.

Əhalisi
Kənddə 1873-cü ildə 245 nəfər, 1886-cı ildə 348 nəfər, 1897-ci ildə 442 nəfər, 1908-ci ildə 422 nəfər, 1914-cü ildə 523 nəfər, 1916-cı ildə 475 nəfər azərbaycanlı yaşamışdır. 1919-cu ildə azərbaycanlılar qırğınlarla ermənilər tərəfindən qovulmuşlar. 1920-ci ildə indiki Ermənistanda sovet hakmiyyəti qurulandan sonra azərbaycanlılardan sağ qalanları yaranan sakitlikdən istifadə edərək öz kəndlərinə qayıda bilmişlər. 1922-ci ildə burada 194 nəfər, 1926-cı ildə 335 nəfər, 1931-ci ildə 383 nəfər, 1939-cu ildə 339 nəfər, 1959-cu ildə 337 nəfər, 1979-cu ildə 589 nəfər, 1987-ci ildə 1500 nəfər azərbaycanlı yaşamışdır. Kənd əhalisi 1988-ci ildə noyabr ayının axırlarında kəndi tərk etmək məcburiyyətində qalmışdır. Bundan öncə kəndin ağsaqalları Azərbaycan SSR-dın yardım almaq və öz gücləri hesabına kəndi ermənilərdən qorumaq üçün Azərbaycan SSR-nin o vaxtkı anti-milli hökümətindən rəsmi yardım istəmiş, bu məqsədlə bir qrup ağsaqqal Bakı şəhərində Azərbaycan SSR-nin o vaxtkı hökümət nümayəndələri ilə görüşmüşlər. Lakin heç bir yardım və ya mənəvi dəstək verilməmişdir.

Görkəmli şəxsiyyətləri
Mehman Sayadov — Azərbaycanın Milli Qəhrəmanı.
İqtisadiyyatı
Heyvandalıq və əkinçilik kəndin əsas iqtisadi fəaliyyətini təşkil etmişdir. Hər iki sahə üzrə kənd yüksək məhsuldarlığı ilə məşhur olmuşdur. Dağlıq Qarabağdakı erməni kəndlərinin tam əksinə, 1988-ci ilin sonlarına qədər kənddə asfalt yol mövcud olmamış, Ermənistan SSR kəndi qazlaşdırmamışdır. Əhalinin Azərbaycana köçünü stimullaşdırmaq və həyat səviyyəsinin yüksəltməməklə kəndi tərk etmələrini təmin etmək Ermənilərn Sövet dövründədə həyata keçirdikləri sistemli siyasət olmuşdur. Kənddə kasıb ailə təsərrüfatı olmamışdır.


Tarix: 06.02.2015 / 18:23 Müəllif: Feriska Baxılıb: 128 Bölmə: Qərbi Azərbaycan
loading...