Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əhliman Əmiraslanov - Beynəlxalq fəaliyyəti

Akademik Ə.T.Əmiraslanov dəfələrlə ABŞ, Fransa, Yaponiya, İtaliya, İsveç, Türkiyə, Kanada, Yunanıstan, Almaniya, Majarıstan, Avstriya, Çexiya, İran, Sinqapur, Rusiya Federasiyası, Pakistan, Polşa, İsrail və başqa xarici ölkələrdə keçirilən qurultay, simpozium, konqres və konfranslarda elmi məruzələrlə çıxışlar etmiş, əldə etdiyi elmi yenilikləri müvəffəqiyyətlə nümayiş etdirmişdir. O, Ümumdünya Ortoped-Travmatoloq və Onkoloqlar Assosiasiyasının, Yunanıstan, Çexiya, Majarıstan Onkoloqlar Cəmiyyətlərinin, Avropa Bərpa Cərrahlığı Assosiasiyasının fəxri, Amerika Klinik Onkologiya Cəmiyyətinin, RF Təbiət Elmləri Akademiyasının, Polşa Tibb Elmləri Akademiyasının həqiqi üzvüdür. O, 1999-cu ildə YUNESKO xətti üzrə «Bioetika, Elmi biliklərin və texnologiyaların etikası» Azərbaycan Milli Komitəsinin sədr müavini seçilib, 1999-cu ilin may ayında Polşa Tibb Elmləri Akademiyasının akademiyanın Albert Şvaytzer adına "Böyük qızıl medalı"na, 2007-ci ildə RTEA-nın akademik N.N. Bloxin adına qızıl medalına, 2009-cü ildə Rusiyanın «XXI yüzilliyin liderləri» Proqramı çərçivəsində «Millətin İntellekti» adlı beynəlxalq təltifə layiq görülüb. O, YUNESKO-nun eksperti, Türkdilli Ölkələrin Parlament Assambleyasının Parlamentlərarası Komissiyasının sədri(TÜRKPA), Milli Məclisin deputatı, həmçinin Müstəqil Dövlətlər Birliyinin iştirakçı dövlətlərinin Paramentlərarası Assambleya şurasının üzvü kimi də Beynəlxalq fəaliyyət göstərir.


Tarix: 06.02.2015 / 17:42 Müəllif: Feriska Baxılıb: 35 Bölmə: Qərbi Azərbaycan
loading...