Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əyyub Abbasov (yazıçı)

Əyyub Cəbrayıl oğlu Abbasov ( 1905-18 dekabr 1957) — Yazıçı, Azərbaycan SSR əməkdar incəsənət xadimi.
Həyatı
Abbasov Əyyub Cəbrayıl oğlu 1905-ci ildə keçmiş Zəngəzur qəzasının Şəki (sisyan) kəndində anadan olmuşdur. İki il kənd məktəbində oxumuşdur. Sonralar Naxçıvanda bir dərəcəli məktəbi və Pedaqoji texnikumu btirib, 1928-ci ildə Bakıda Pedaqoji instituta daxil olmuşdur.

1931-ci ildə oranı qurtaran Ə. Abbasov iki il Naxçıvan Pedaqoji texnikumunda dərs hissə müdiri, 1932-33-cü illərdə isə rayon maarif şöbəsinin müdiri vəzifələrində və 1933-34-cü illərdə «Kommunist» qəzeti redaksiyasında çalışmışdır.

Ə. Abbasov 1934-37-ci illərdə Leninqradda redaktorluq və tərcüməçilik kursunda oxumuşdur. O, 1937-39-cu illərdə Azərnəşrdə şöbə müdiri, 1939-41-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında İncəsənət işləri üzrə komitədə işləmiş, 1943-47-ci illərdə Azərbaycan SSR KP MK-də təlimatçı, 1947-48-ci illərdə Bakı Teatr məktəbinin direktoru, 1949-57-ci illərdə isə Uşaqgəncnəşrdə şöbə müdiri vəzifələrində işləmişdir.

Əyyub Abbasov 1957-ci iln dekabrında vəfat etmişdir.

Əsərləri
Zəngəzur


Tarix: 06.02.2015 / 17:26 Müəllif: Feriska Baxılıb: 32 Bölmə: Qərbi Azərbaycan
loading...