Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məzahir Həsənov (I)

Məzahir Əbülfəz oğlu Həsənov — “Tərəqqi” medalı laureatı

Həyatı
Məzahir Həsənov 1962-ci il iyulun 14-də Qərbi Azərbaycanın Qafan rayonunun Yuxarı Godəkli kəndində anadan olmuşdur.

Rusiya Federasiyası DİN Sankt-Peterburq Ali siyasi məktəbini, RF DİN Akademiyasını və İ.A.Voznesenski adına Sankt-Peterburq Maliyyə-İqtisad İnstitutunu bitirmişdir.

Hal-hazırda Sankt-Peterburq Farfor zavodunun baş direktoru, “Sankt-Peterburqun Azərbaycan diasporu” Regional İctimai təşkilatı sədrinin birinci muavinidir.

Mükafatları
“Rusiya DİN-in 200 illiyi” və “Sankt- Peterburqun 300 illiyi” xatirə medalı ilə təltif olunmuşdur.

2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə gorə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.


Tarix: 06.02.2015 / 17:13 Müəllif: Feriska Baxılıb: 33 Bölmə: Qərbi Azərbaycan
loading...