Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Musa Bayramov

Musa Xudaverdi oğlu Bayramov — Neftçıxarma sənayesi qabaqcılı. Azərbaycan SSR fəxri neftçisi(1964). Sosialist Əməyi Qəhrəmanı(1959)

Həyatı
Əmək fəaliyyətinə 1920-ci ildə Balaxanı neft mədənlərində başlamışdır. Bakıda Sənaye Akademiyasını bitirmişdir(1937). 1937-ci ildən "Leninneft" Mədənlər İdarəsi 8-ci mədəninin(1971-ci ildən "Leninneft" Neft və Qazçıxarma İdarəsi 8-ci rayon mühəndis-texnoloji xidmət sahəsi) müdiri işləmişdir. AKP-nin 9-cu və 20-ci qurultaylarında AKP təftiş komissiyasının üzvü seçilmiş, SSRİ Ali Sovetinin(4-cü çağırış) deputatı olmuşdur. 3 dəfə Lenin ordeni, Oktyabr inqilabı ordeni və medallarla təltif edilmişdir.


Tarix: 06.02.2015 / 17:09 Müəllif: Feriska Baxılıb: 57 Bölmə: Qərbi Azərbaycan
loading...