Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mail Əhməd

Həyatı
Əhmədov Mail Maman oğlu 1934-cü ildə Qərbi Azərbaycanın Vedibasar mahalının Böyük Vedi kəndində, Paski məhəlləsində anadan olmuşdur. Yeddi yaşı olanda atası Böyük Vətən müharibəsinə gedir, bir ildən sonra itgin düşməsi haqqında kağız gəlir. Anası Əfruz Mahmud qızı övladlarını tək böyüdəsi olur.

1950-ci ildə ailəliklə Azərbaycana deportasiya olunurlar. 1959-cu ildə APİ-ni bitirib.

1964-cü ildən bugünədək Bakıxanov qəsəbəsindəki Olimpiya İdman Litseyində işləyir.

Yaradıcılığı
1961-ci ildən müxtəlif mətbu orqanlarda şeirləri çap olunan Mail Əhmədin “Həsrət karvanı” (2000), “Qaytarın dünyanı qoyun yerinə” (2001), “Bir qəlbin harayı” (2003), “Vaxt bizi illərə qaytaran deyil” (2005), “Çinar da ağlayarmış” (2007) və “Qərib məzar” (2009) kitabları oxucuların ixtiyarına verilmişdir.

Kitabları
Həsrət karvanı
Qaytarın dünyanı qoyun yerinə
Bir qəlbin harayı
Vaxt bizi illərə qaytaran deyil
Çinar da ağlayarmış
Qərib məzar


Tarix: 06.02.2015 / 16:20 Müəllif: Feriska Baxılıb: 151 Bölmə: Qərbi Azərbaycan
loading...