Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kərbəlayı İsmayıl

Kərbəlayı İsmayıl — Qərbi Azərbaycanda bolşeviklərə qarşı dirəniş hərəkatının ən fəal üzvlərindən biridir. Həmin dövrdə Azərbaycanın, Ermənistanın və Gürcüstanın müxtəlif yerlərində xalq arasında hökümətə qarşı güclü müqavimət ruhu baş qaldırmışdı. O dövrdə Lənkəran ətrafinda gedən müqavimət hərəkatına Cankişi, Gəncədə və Gəncəbasarda Məmməd Qasım, Hacı Axund, Gürcüstanda (Qarayazıda) Qaçaq İsaxan başçılıq etmişlər.
Həyatı
Kərbəlayi İsmayıl 1870-ci ildə Vedibasar mahalının Çimən kəndində anadan olub. Ömrünün böyük hissəsini ermənilərin soyqırımı həyata keçirdikləri türk torpaqlarında tarixi cinayətlərin baiskarlarına qarşı mübarizədə keçirib. 1931-ci ildə o, Araz çayını keçərək Daşburuna gəlib. Sovet xüsusi xidmət orqanları tərəfindən təqib edilən Kərbəlayi İsmayılı yerli əhali qoruyub. Bundan sonra o, daşburunlularla birlikdə türk torpaqlarını qorumaq üçün mücadilə aparıb.

1920-ci ildə Azərbaycanın Rusiya tərəfindən işğalı ilə barışmayanların əksəriyyəti hələ Sovet dönəmində xalqın sevimlisinə çevrilmişdi. Bu gün də haqqında maraqla danışdığımız Kərbəlayi İsmayıl kimi. Kərbəlayi İsmayılın adı daha çox Qərbi Azərbaycanda bolşeviklərə qarşı dirəniş hərəkatı ilə bağlıdır.

Kərbəlayi İsmayıl Qərbi Azərbaycan ərazisində erməni təcavüzü və bolşevik işğalına qarşı mübarizə aparırdı. Sonradan Türkiyə tərəfə keçmək məcburiyyətində qaldı. Burda isə onu heç də sakit həyat gözləmirdi. Kərbəlayi İsmayıl 1931-ci ildə qohumları ilə birlikdə İğdır ilinin Daşburun kəndinə gəlir. Bu elə bir vaxt idi ki Ermənistanla sərhəd olan ərazilərdə hələ də daşnaklar at oynadırdı. Az bir zamanda xalqı ətrafında birləşdirən Kərbəlayi İsmayıl ermənilərə qarşı mübarizədən qalib çıxa bilir. Kərbəlayi İsmayıl Türkiyədə yaşadığı illərdə doğulduğu Vedibasar elindəki Çimən kəndinin adını özünə soyad kimi götürüb. 1948-ci ildə Daşburun kəndində 78 yaşında vəfat edib.

Kərbəlayi İsmayılı anım günü
2008-ci ildə Azərbaycanın Qarsdakı konsulu Həsən Sultanoğlu (Zeynalov) və Türkiyə ictimaiyyətinin səyi ilə Kərbəlayi İsmayılın uyuduğu qəbiristanda onun şərəfinə abidə ucaldılıb . Bu abidə həm də Qərbi Azərbaycandakı topaqlar uğrunda mübarizə aparan şəhidlərin xatirəsinə həsr edilib.

Hər il aprelin 28-i ərəfəsində İğdır ilinin Daşburun kəndində Kərbəlayi İsmayılın anım günü qeyd edilir. Kəndin ərazisində həmyerlimizin məzarı üstə ucaldılan abidənin ətrafında mitinq keçirilir. XX əsrin əvvəlində ermənilər tərəfindən türk xalqına qarşı törədilən soyqırıma etiraz səslənir.


Tarix: 06.02.2015 / 16:18 Müəllif: Feriska Baxılıb: 98 Bölmə: Qərbi Azərbaycan
loading...