Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əli Nəbiyev

Əli Nəbiyev - Xızı rayonu Sosial təminat şöbəsinin rəisi (1991-1998)

Həyatı
Nəbiyev Əli Allahverdi oğlu 21 fevral 1932-ci il tarixində hazırkı Ermənistan Respublikası Hamamlı (Spitak) rayonunun Saral kəndində anadan olmuşdur. Bakıda fərqlənmə ilə ali təhsil aldıqdan sonra uzun müddət Qərbi Azərbaycanda azərbaycanlıların kompakt yaşadığı inzibati ərazilərdə, o cümlədən Zəngibasar (Masis) rayonunun Rəncbər və Sarvanlar kəndində, Qarakilsə (Kirovakan) rayonunun Arçut kəndində, Hamamlı (Spitak) rayonunun Saral və Qızılörən kəndlərində sovxoz və kolxoz direktoru vəzifəsində işləmişdir.

Dekabr ayının 7-si 1988-ci ildə Ermənistanda baş vermiş zəlzələdən sonra doğma yurd yuvasını itirən Əli Allahverdi oğlu Nəbiyev Azərbaycanın Göygöl (Xanlar) rayonuna köç edib məskunlaşmışdır. Burada Ağsu kəndi balıqçılıq sovxozunda direktor vəzifəsində işləmişdir.

1990-cı ildə Bakı şəhərinə köçmüşdür. 1991-ci il tarixindən 1998-ci il tarixinədək Xızı rayonu Sosial təminat şöbəsinin rəisi vəzinfəsində işləmişdir.


Tarix: 06.02.2015 / 15:42 Müəllif: Feriska Baxılıb: 61 Bölmə: Qərbi Azərbaycan
loading...