Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Təmkin (şair)

Həyatı
Təmkin (Böyükkişi Abbas oğlu Mirzəzadə) 25 avqust 1925-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Zod kəndində anadan olmuşdur.

1941-ci ildə kənd orta məktəbini əla qiymətlərlə bitirərək həmin məktəbdə müəllim işləmişdir. 1942-ci ildə ailələri əsl-nəcabətlərinə görə siyasi təqiblərdən yaxa qurtarmaq üçün Gəncə ətrafına, Zazalı kəndinə köçür, sonra isə Seyidlər kəndində məskunlaşırlar.

1945-ci ildə atası vəfat etdiyindən ailə yükü üzərinə düşür. 1948-ci ildə Mingəçevir SES tikintisinə gəlir, təqaüdə qədər şəhərin bir neçə müəssisəsində fəhlə, mütəxəssis və mühəndis kimi çalışır.

18 may 2014-cü ildə vəfat etmişdir.

Firəngiz xanımla ailə həyatı qurmuş, altı övladı olmuşdur.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Aydın Mirzəzadənin atasıdır.

Yaradıcılığı
Gənc yaşlarından bədii yaradıcılıqla məşğul olmuş, müxtəlif janrlarda şeirlər yazmışdır. Sovet dövründə ədəbiyyatda hökmran olan sosialist realizmi prinsiplərini qəbul etmədiyinə görə böyük ədəbiyyata gəlməmişdir. Əsas mövzusu sadə insan və onun cəmiyyətlə münasibətləri olmuşdur. Yaradıcılığı yaşadığı bölgədə yaxşı tanınmış, daim el məclislərində şeirləri söylənilmişdir.

1970-ci ildə latın qrafikası əsasında Azərbaycan dilinin əlifbasını tərtib etmiş və əlyazmalarını bu əlifba ilə ilə yazmışdır.

El şairi 7 aprel 2011-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü idi.

Kitabları
Böyükkişi Mirzəzadə (Təmkin). Ustadnamə, nəsihətnamə və lirik şeirlər. "Ümman" nəşriyyatı, Mingəçevir, 1998-ci il.
Böyükkişi Mirzəzadə (Təmkin). Rübailər. "Ümman" nəşriyyatı, Mingəçevir, 1998-ci il.
Böyükkişi Mirzəzadə (Təmkin). Poemalar və hekayələr. "Mingəçevir" nəşriyyatı, Mingəçevir, 1998-ci il.
Böyükkişi Mirzəzadə (Təmkin). Səhnə əsərləri. "Ümman" nəşriyyatı, Mingəçevir, 1998-ci il.
Təmkin (Böyükkişi Mirzəzadə). Seçilmiş əsərləri. Şeirlər, I cild. Bakı, "Azərbaycan" nəşriyyatı, 320 səh., 2011-ci il.
Şeirlərinə yazılmış mahnılar
Vətəni sevirəm, musiqisi Tahir Əkbər, Gülyaz və Gülyanaq Məmmədovaların ifasında
Ana saçlarlm ağardı, musiqisi Tahir Əkbər, Zabit Nəbizadənin ifasında
Şair Təmkinin ömür yolu
Şeirlərindən seçmələr
Böyükkişi Mirzəzadə ( şair Təmkin) poeziyasından seçmələr.


Tarix: 05.02.2015 / 18:26 Müəllif: Feriska Baxılıb: 148 Bölmə: Qərbi Azərbaycan
loading...