Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Rasim Məmmədov

Həyatı
Məmmədov Rasim Qara oğlu 1 iyun 1950-ci ildə Ermənistan Respublikasının Basarkeçər rayonunun Nərimanlı kəndində ziyalı ailəsində anadan olub.

1967-ci ildə Nərimanlı kənd orta məktəbini “Qızıl medal”la bitirib, Azərbaycan Texniki Universitetin Avtomatika və Hesablama Texnikası fakültəsinə qəbul olub.

1971-1972-ci illərdə Moskva İdarəetmə Problemləri İnstitutunda təhsilini davam etdirib və ali təhsilini “Fərqlənmə diplomu” ilə başa vurub. 1972-1974-cü illərdə zabit olaraq Sovet Ordusunda xidmət etmişdir.

1976-1979-cu illərdə Bakı Dövlət Universitetinin Radiofizika ixtisası üzrə aspiranturasında oxuyub. 1983-cü ildə BDU-nun Fizika fakültəsində “Yarımkeçiricilər və dielektriklər fizikası” üzrə müdafiə etmiş və fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır.

2004-cü ildə BDU-nun Fizika fakültəsində “Yarımkeçiricilər və dielektriklər fizikası” üzrə müdafiə etmiş və fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi almışdır.

Hazırda BDU-nun Fizika fakültəsi Elmi Şurasının sədridir, BDU Elmi Şurasının üzvüdür, BDU nəzdindəki D.02.012 doktorluq Dissertasiya Şurasının sədr muavinidir, Fizika fakültəsi Elmi Praktiki Seminarının rəhbəridir, “Bakı Universiteti Xəbərləri” jurnalının redaksiya heyyətinin və Respublika Jurnalistlər Birliyinin üzvüdür.

130 elmi məqalə, 35 elmi-publisist məqalə, 1 monoqrafiya, 3 kitab və 5 patent, 50-dən artıq elmi məruzəsi dərc edilib.

Ailəlidir, iki oğlu və bir qızı vardır.


Tarix: 05.02.2015 / 18:13 Müəllif: Feriska Baxılıb: 97 Bölmə: Qərbi Azərbaycan
loading...