Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Rasim Musayev

Həyatı
Musayev Rasim İslam oğlu Göyçə mahalının Kiçik Məzrə kəndində anadan olub.

Binəqədi Rayon Polis İdarəsi rəisinin birinci müavini, Daxili İşlər Nazirliyi İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis bölməsinin rəisi, 2005-2007-ci illərdə Cəlilabad Rayon Polis şöbəsinin rəisi, 2007-2013-cü illərdə isə Gəncə Şəhər Polis İdarəsinin (2011-ci ildə Gəncə şəhər Polis İdarəsi Baş Polis İdarəsinə çevrilib) rəisi vəzifələrində çalışıb.

2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Azərbaycan Daxili İşlər Nazirliyinin zabiti Musayev Rasim İslam oğlu polis general-mayoru ali xüsusi rütbəsi ilə təltif edilmişdir.

Rasim Musayev xahişi nəzərə alınaraq 2013-cü il yanvarın 21-də Daxili İşlər nazirinin əmri ilə Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsindən azad edilib.

2013-cü ilin fevral ayının 2-də Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin rəisi təyin edilib.

Ailəsi
Ailəlidir. İslam, Firuzə və Lalə adlı üç övladı var.

Fəaliyyəti
Peşəkar polis işçisi olan Rasim Musayev uzun illərdir ki, Daxili İşlər Orqanlarında xidmət edir. O, təcrübəli polis əməkdaşı olmaqla yanaşı, öz peşəkarlığı, cinayətkarlığa qarşı mübarizədə prinsipiallığı, həmçinin, polis əməkdaşları arasındakı şəxsi nüfuzuna görə həmişə diqqəti çəkmiş və yuxarı instansiyalar tərəfindən qiymətləndirilmişdir.

Həmkarları və ictimaiyyət arasında böyük nüfuz saibi olan Rasim Musayev çoxsaylı cinayət törətmiş dəstənin aşkar edlməsi, sui-qəsdlərin, ev oğurluqlarının, qətllərin və digər cinayət hadisələrinin törədilməsində iştirakçı olan şəxslərin yaxalanmasında Rasim Musayevin bir bölmə rəisi kimi xüsusi xidmətləri olmuşdur.


Tarix: 05.02.2015 / 18:13 Müəllif: Feriska Baxılıb: 107 Bölmə: Qərbi Azərbaycan
loading...