Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Orucov Vəzir Surxay oğlu
Orucov Vəzir Surxay oğlu

26 dekabr 1956-cı ildə Tərtər rayonunda anadan olmuşdur. Orta təhsilini burada almışdır. 1975-77-ci illərdə hərbi xidmətdə olmuşdur. 1984-cü il Rusiyanın Arxangelsk vilayətinə köçmüşüdür. 1992-ci ildə Qarabağ müharibəsində iştirak etmək üçün könüllü olaraq Vətənə dönür. 1992-ci il 4 may Tərtər özünümüdafiə batalyonlarından birinə daxil olur. Vəzir sıravi döyüşçü olduğu halda komandir müavini vəzifəsinəcən yüksəlmişdi. Döyüşdən əvvəl düşmənin arxasına keçər canlı qüvvə və texnika haqqında dəqiq məlumatlarla geri dönərdi. Vəzir Orucov Marquşevan, Drombon, Levonarx, Madagiz, Sərsəng su ambarı uğrunda gedən döyüşlərdə kəşfiyyatçı olaraq düşmənin saysız planlarını puç etmişdi. 1 sentyabr 1992-ci il Çıldıran kəndi uğrunda gedən döyüşdə yaralanır bir müddət müalicə olununan Vəzir yenidən cəbhəyə dönür. 22 mart 1993-cü il Ağdərənin Qlobus yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına həlak oldu.

Evli idi, bir oğlu yadigar qalıb.

Azərbaycan Respublikası prezidentinin 27 mart 1993-cü il tarixli 495 saylı fərmanı ilə Orucov Vəzir Surxay oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.


Tarix: 09.06.2015 / 14:13 Müəllif: Aziza Baxılıb: 60 Bölmə: Qəhramanlar
loading...