Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Abdullayev Namiq Vahid oğlu
Abdullayev Namiq Vahid oğlu

10-may 1974-cü ildə Ağcabədi rayonunun Avşar kəndində anadan olmuşdur. Məktəbi bitirən Namiq orduya getmək istədiyini bildirir və 1992-ci ilin dekabırında cəbhəyə yola düşür. 1993-cü il fevralın 9-da erməni silahlı dəstələri Xocavənd rayonunda mövqe tutmuş döyüşçülərimizin üzərinə böyük qüvvə ilə hücuma keçirlər, düşmənin güclü hərbi texnikası qarşısında bu kiçik dəstəmiz tab gətirə bilməzdi. Ama onlar ölümün gözünə dik baxdılar və hücumu dəf etməyə çalışdılar. Onlarla erməni quldurunu məhv edən Namiq son anda əlindəki qumbaranı sinəsinə sıxaraq özünü tankın altına atdı, zirehli texnikanın heyəti məhv edildi, vətənimizin bu cəsur oğlu əbədiyyətə qovuşdu...

Subay idi.

Azərbaycan respublikası prezidentinin 16-sentyabr 1994-cü il tarixli 202 saylı fərmanı ilə Abdullayev Namiq Vahid oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Avşar kəndində dəfn edilib.

Avşar kənd orta məktəbi onun adını daşıyır.


Tarix: 09.06.2015 / 13:51 Müəllif: Aziza Baxılıb: 46 Bölmə: Qəhramanlar
loading...