Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qız qalası (İsmayıllı) Ümumi memarlığı

Ön istehkam Qarasu dərəsindədir. Uzunluğu 28,6 m, hündürlüyü 7,7 m, qalınlığı 1,8 m olan bu sədd dərənin ağzını qapayırmış. Səddin ortasında üstü tağşəkilli darvaza yerləşirdi. Səddi keçdikdən sonra Qarasu dərəsi ilə şimala doğru qalxdıqca sağ tərəfdəki sıldırım qayalıqdakı boşluqları qapayan qala divarlarının qalıqları görünür. Abidənin şimal küncündən başlayaraq qala divarları həm şərq, həm də qərb yamacı boyunca uzanaraq onu dövrəyə alır. Ümumiyyətlə, Qız qalasının planı mürəkkəb formalıdır. Qalanın ümumi sahəsi 1,5 hektara qədərdir. Sahəsi 300 kv.m olan narınqala üst terrasda yerləşməklə hakim mövqeyə malikdir. O qalanın şərq divarı ilə hüdudlanır, digər tərəflərdən isə sərt enişə ayrılır. Qalanın inşaatında daşdan və bişmiş kərpicdən, kirəc məhlulundan istifadə olunmuşdur.


Tarix: 08.01.2015 / 14:56 Müəllif: Feriska Baxılıb: 8 Bölmə: Qız qalası (Bakı)
loading...