Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bronxoektatik xəstəlik

Bronxoektatik xəstəlik – tənəffüs üzvləri xəstəliyidir, bronxların genişlənməsi və deformasiyası ilə xüsusiyyətlənir, adətən bronxlarda xroniki irinləmə prosesi inkişaf edir.

Bronxoektazlar anadangəlmə və qazanılmış olurlar. Anadangəlmə bronxoektazlar nadir hallarda, qazanılmışlar isə ağ ciyərin təkrar iltihabında, uşaq xəstəlikləri (göy öskürək, qızılca) və digər ağ ciyər xəstəlikləri nəticəsində olurlar. Bronxoektazlar halında bronxlarda bəlğəmin yığılması bronx divarlarının və əhatə edən ağ ciyər toxumalarının iltihabına təkan verir. Xəstəlik üçün xroniki inkişafda olan gedişat xarakterikdir.

Simptomlar və gedişat

Kiçik anadangəlmə bronxoektazlar iltihab prosesi olmadan kliniki təzahürlərsiz uzunmüddətli gedişata malik ola bilərlər. Bronxoektazlar çoxsaylı və böyük ölçülü, xüsusən də, onlarda irinli iltihab olduqda yüksək bədən temperaturu üşütmə və dayanmayan öskürəklə müşayət olunur; xüsusən də səhərlər çox miqdarda (bəzən gündə 1 litr) çox vaxt irinli və üfunətli bəlğəm gəlir. Ağ ciyər qanaxmaları mümkündür; vaxtında müalicə olmamış hallarda ağırlaşmalar inkişaf edirlər: tənəffüs çatışmazlığı, ürək-damar sistemi (xroniki ciyər ürəyi) və böyrək funksiyaları pozulmaları. Xəstələrin əmək qabiliyyətləri aşağıdır.

Müalicə

Xəstəliyin kəskinləşməsində stasionar müalicə göstərişdir. İltihab prosesi ara verdikdə həkim nəzarəti altında aparılan müalicə tədbirləri bronxların bəlğəmdən təmizlənməsinə yönəldilir. Xüsusi piltə cəkmə tapşırıqları, tənəffüs gimnastikası, inqalyasiya, bəlğəmgətirici çaylar (bax. Xroniki bronxit) tətbiq olunurlar. Fizioterapevtik proseslər, quru və isti iqlimli kurortlarında sanatoriya müalicəsi məsləhət görülür. Uyğun göstəriş olduqda cərrahi üsul da effektlidir.

Profilaktika

Bronxoektazların qarşısını almaq üçün vaxtında tənəffüs orqanlarının kəskin və xroniki iltihabi xəstəliklərini müalicə etmək lazımdır. Orqanizmin infeksiyalara qarşı müdafiə qabiliyyəti nə qədər yüksək olarsa, bronxlarda iltihabi prosesin kəskinləşməsi ehtimalı bir o qədər az olar. Müdafiə qabiliyyətini əmək rejiminin gigiyenasına riayət etməklə, tənəffüs gimnastikası, orqanizmin möhkəmləndirilməsi, vitamin və heyvan zülallarından ibarət tam qidalanma, iltihab ocaqlarının sağaldılması, siqaretin tərgidilməsi və sş-dən aslıdır. İşə götürüldükdə imkan daxilində belə xəstələr tozlu, temperaturu dəyişkən, kimyəvi və toksik maddələr olan yerlərdə işləməməlidirlər.


Tarix: 19.01.2015 / 13:21 Müəllif: Aziza Baxılıb: 49 Bölmə: Pulmonologiya
loading...