Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əsl aşpazlar kimi yemək bişirmənin 6 sirri

Kulinariya – incəsənətdir. Buna görə də hər hansı şirniyyatı hazırlamaq heç də asan deyil. Buna görə də xanımlar, dadlı və tez bir zamanda nahar hazırlayaraq onları bu vəziyyətdən çıxmağa kömək edəcək kiçik sirləri bilməlidirlər.

1. Kiçik şeylərdən başlayın.
Təcrübə əldə etmək üçün ilkin olaraq asan üsullardan başlamaq lazımdır. Qayğanaq hazırlamağı, toyuq doğramağı, kartof soymağı və s. öyrən.

2. Müxtəlif mənbələri araşdıraq.
Yemək hazırlamağa başlamamışdan əvvəl kulinariya kitablarındakı reseptlərlə internetdə olan reseptləri müqayisə et. İnternetdə eyni yeməyin hazırlanmasının müxtəlif üsulları mövcuddur, həmçinin bu işi asanlaşdırmaq üçün bu barədə foto və və video materiallar da tapa bilərsiniz.

3. Dadmağa davam edin.
Nədəsə uğur qazanmaq üçün ,hər zaman çalışmalısan.Bu ayda yemək hazırlamağa da aiddir. Əgər sən öz yeməyin daddın və sənin xoşuna gəlmədi- üzülmə, bir daha et. Amma ondan qabaq nəyi düzgün etmədiyini başa düşməyə çalış və müxtəlif forumlarda yorumları oxuyun.

4. Məsləhətləri qeyd et və yadda saxla.
Ana, xala, bibi, rəfiqələr və qonşuların verdiyi məsləhətləri qeyd et. Sənə elə gəlir ki verilən məsləhətləri xatırlayırsan, amma hər hansı bir yeməyi hazırlamağa başlayanda hər şeyi unutduğunu başa düşürsən. İnanın ki, hətta ən yaxşı aşbazların da müxtəlif qeydlər apardığı öz qeyd dəftərləri olur.

5. Tez tez improvizasiya edin.
Dadlı yemək hazırlamaq üçün tez-tez yemək hazırlamaq lazımdır. Dadlı yemək hazırlamağa başaladığın anda özündə müxtəlif improvizasiyalar etməyə başalayacaqsan.

6. Öz şəxsi yeməyinizi icad edin.
Bütün aşbazların və yemık hazırlamaq həvəskarlarının öz şəxsi yeməkləri olur. Siz də öz şəxsi yemək növünüzü yarada bilərsiniz! Bunun üçün müxtəlif yeməklər hazırlamaq və dostları, qohumları buna qonaq etmək lazımdır. Onlar bu təamları daddıqdan sonra onun necə alındığını deyəcək və məsləhətlərini verəcəklər. Bir müddətdən sonra onlar özləri sizdən bu yeməkləri hazırlamağı xahiş edəcəklər.

Sonda bir lətifə: "Ər yeni həyat yoldaşına deyir: -Əzizim, mənə borş hazırla.- Mən bacarmıram.- Yaxşı onda heç olmasa qayğanaq hazırla.- Onu da bacarmıram.- Bəs nə bacarırsan?- Çaydanı gözəl qoyuram". Ümid edirik ki, oxucularımız bizim məsləhətlərimizdən sonra təkcə çaydanı gözəl qoymağı yox, həm də öz dadlı təamları ilə öz doğmalarını və yaxınlarını sevindərəcəklər.Kulinariya – incəsənətdir. Buna görə də hər hansı şirniyyatı hazırlamaq heç də asan deyil. Buna görə də xanımlar, dadlı və tez bir zamanda nahar hazırlayaraq onları bu vəziyyətdən çıxmağa kömək edəcək kiçik sirləri bilməlidirlər.

1. Kiçik şeylərdən başlayın.
Təcrübə əldə etmək üçün ilkin olaraq asan üsullardan başlamaq lazımdır. Qayğanaq hazırlamağı, toyuq doğramağı, kartof soymağı və s. öyrən.

2. Müxtəlif mənbələri araşdıraq.
Yemək hazırlamağa başlamamışdan əvvəl kulinariya kitablarındakı reseptlərlə internetdə olan reseptləri müqayisə et. İnternetdə eyni yeməyin hazırlanmasının müxtəlif üsulları mövcuddur, həmçinin bu işi asanlaşdırmaq üçün bu barədə foto və və video materiallar da tapa bilərsiniz.

3. Dadmağa davam edin.
Nədəsə uğur qazanmaq üçün ,hər zaman çalışmalısan.Bu ayda yemək hazırlamağa da aiddir. Əgər sən öz yeməyin daddın və sənin xoşuna gəlmədi- üzülmə, bir daha et. Amma ondan qabaq nəyi düzgün etmədiyini başa düşməyə çalış və müxtəlif forumlarda yorumları oxuyun.

4. Məsləhətləri qeyd et və yadda saxla.
Ana, xala, bibi, rəfiqələr və qonşuların verdiyi məsləhətləri qeyd et. Sənə elə gəlir ki verilən məsləhətləri xatırlayırsan, amma hər hansı bir yeməyi hazırlamağa başlayanda hər şeyi unutduğunu başa düşürsən. İnanın ki, hətta ən yaxşı aşbazların da müxtəlif qeydlər apardığı öz qeyd dəftərləri olur.

5. Tez tez improvizasiya edin.
Dadlı yemək hazırlamaq üçün tez-tez yemək hazırlamaq lazımdır. Dadlı yemək hazırlamağa başaladığın anda özündə müxtəlif improvizasiyalar etməyə başalayacaqsan.

6. Öz şəxsi yeməyinizi icad edin.
Bütün aşbazların və yemık hazırlamaq həvəskarlarının öz şəxsi yeməkləri olur. Siz də öz şəxsi yemək növünüzü yarada bilərsiniz! Bunun üçün müxtəlif yeməklər hazırlamaq və dostları, qohumları buna qonaq etmək lazımdır. Onlar bu təamları daddıqdan sonra onun necə alındığını deyəcək və məsləhətlərini verəcəklər. Bir müddətdən sonra onlar özləri sizdən bu yeməkləri hazırlamağı xahiş edəcəklər.

Sonda bir lətifə: "Ər yeni həyat yoldaşına deyir: -Əzizim, mənə borş hazırla.- Mən bacarmıram.- Yaxşı onda heç olmasa qayğanaq hazırla.- Onu da bacarmıram.- Bəs nə bacarırsan?- Çaydanı gözəl qoyuram". Ümid edirik ki, oxucularımız bizim məsləhətlərimizdən sonra təkcə çaydanı gözəl qoymağı yox, həm də öz dadlı təamları ilə öz doğmalarını və yaxınlarını sevindərəcəklər.


Tarix: 22.11.2014 / 21:30 Müəllif: Aziza Baxılıb: 164 Bölmə: Praktik meslehetler
loading...