Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xanımın plovu

Ərzaqlar

Düyü – 500 q

Toyuq – 2 ədəd

Kərə yağı – 300 q

Alça turşusu – 3-4 x.q.

Badam ləpəsi – 300 q

Qurudulmuş üzüm – 200 q

Kinkan – 300 q

Zəfəran

Duz, istiot


Hazırlanma qaydası
1.Toyuqlardan biri sinə, digəri isə bel hissəsindən ayrılır.
2.Duz, istiot və alça turşusu qarışdırılır və toyuqların hər tərəfinə çəkilib axşamdan basdırma edilir.
3.Badam ləpəsinin üzərinə qaynar su əlavə edilib 20 dəq. saxlanılır və qabığı soyulur.
4.Kinkanın qabığı soyulur.
5.Kərə yağı əridilir.
6.Zəfəranın üzərinə qaynar su əlavə edilir və dəmə qoyulur.
7.Düyü yuyulur, 2 saat duzlu suda isladıldıqdan sonra süzülüb qaynayan duzlu suda bişirilir və süzülür.
8.İstiyədavamlı dərin qabın dibi yağlanır, sinə tərəfdən kəsilmiş toyuq qaba yerləşdirilir, üzərinə üzüm qurusu, kinkan, badam ləpəsi əlavə edilir, kərə yağı gəzdirilir və zəfəranlı düyü əlavə edilir.
9.Düyünün üzərindən bel hissəsindən ayrılmış toyuq, toyuğun üzərindən yenidən üzüm, kinkan və badam ləpəsi qoyulur, kərə yağı gəzdirilib, öncədən 150 dərəcəyədək qızdırılmış sobada 30-35 dəq. dəmə qoyulur.


Tarix: 12.12.2012 / 20:59 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 379 Bölmə: Plovlar
loading...