Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səd bin Əbi Vəqqas: “Səhabəyə dil uzadanın cəzası və aqibəti” ibrətamiz əhvalat

Bir gün Səd bin Əbi Vəqqas (Allah ondan razı olsun) bir kişinin dodağının altında donquldandığını eşitdi. Onun nə söylədiyinə diqqətlə qulaq asdıqda başa düşdü ki, Əlini, Təlhanı və Zübehri (Allah onlardan razı olsun) söyür, təhqir edir. Ondan bu hərəkətlərinə son qoymasını istədi, lakin həmin kəs ona qulaq asmayaraq buna davam etdi. Nəhayət Səd bin Əbi Vəqqasın (Allah ondan razı olsun) səbri tükəndi və ona bildirdi ki, dilini qorumasa onu söyəcək. Təkəbbürlükdən həmin adam Sədə: “Sən hakimiyyəti mənimsəmisən və məgər Peyğəmbərsən...” deyə bildirdi.

Bu adamın acı sözlərini dinlədikdən sonra Səd sadəcə ondan üz döndərib getdi. Oranı tərk etdi və namaz qılmaq üçün dəstəmaz alaraq iki rəkət nafilə namaz qıldı. Sonra Qüdrətli Allaha dua etdi:
“Ey Allahım! Sən bilirsən ki, bu adam nail olduqları xeyirdən dolayı Sənin razı qaldığın pak, saf kişilərə (səhabələrə) dil uzadır. Sözsüz ki, Sən bu təhqirləri yerdə qoymazsan (qəbul etməzsən). Bu kişini (səhabələrə dil uzatdığına görə) digər insanlar üçün ibrət et!”



Elə duasını təzəcə qurtarmışdı, camaat gördü ki, çılğın dişi bir dəvə bənd edildiyi ipi qırıb yerini tərk edərək izdihamın, kütlənin ortasına daxil olub. Qıraqdan nəzər yetirdikdə xüsusi bir adamı axtardığı görünürdü. Bir an sonra qanasusamış ağzında bir nəfərin başı ilə peyda oldu və onu o tərəf bu tərəfə möhkəmdən silkələyirdi. Nəhayət adamın boynu sındı və bir an keçmədi ki, ölümün ovu oldu (vəfat etdi). İnsanlar mənzərədən dəhşətə gələrək mat qalmışdılar. Ölən həmin adam bu hadisə baş verməzdən bir neçə dəqiqə öncə nəcib, alicənab, üstün məziyyətlərə malik səhabələri təhqir edən və Səd ibn Əbi Vəqqasın (Allah ondan razı olsun) qarşısına çıxan şəxsdən başqası deyildi! Həqiqətən də, Allah onu insanlar üçün bir ibrət etdi.


Tarix: 27.04.2013 / 17:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 61 Bölmə: Peyğəmbərlərin Həyatı
loading...