Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

PEYĞƏMBƏRİN (s.a.v.) HƏYATI: PEYĞƏMBƏR (sav) -İN İYİRMİ ÜÇ İLLİK PEYĞƏMBƏRLİK HƏYATINI BİLMƏK

Hira mağarasına çəkilib orada bir neçə vaxt ibadət etdikdən sonra 610-cu ildə 40 yaşında ikən ona Peyğəmbərlik verilir1. Peyğəmbərlik ona birinci gün verilir. Əbu Qatadə - radıyallahu anhu -rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - dən birinci gün oruc tutmaq haqqında soruşurlar. O, buyurur: «O, gün mən doğulmuşam, o gün mən insanlara göndərilmişəm və o, gün mənə ilk vəhy gəlib»2. Allah onu bütün yaratdıqlarına göndərdi. Quran Ramazan ayında Qədr gecəsində dünya səmasına nazil olmuş, oradan da iyirmi üç il ərzində hissə-hissə endirilmişdir. «....Haqqı batildən ayıran Quran Ramazan ayında nazil edilmişdir» (əl-Bəqərə 185)3. Həmçinin Yəhya Sərrasi «Nuniyə» adlı qəsidəsində deyir: «Peyğəmbərlik ona qırx yaşında gəldi, Elçilik günəşi Ramazan ayında parladı»4.

PEYĞƏMBƏRLİYİN NECƏ VƏ HANSI BUYURUQLA ONA
VERİLMƏSİNİ BİLMƏK
«Yoxdan yaradan Rəbbinin adı ilə oxu! O, insanı laxtalanmış qandan yaratdı. Oxu! sənin Rəbbin ən böyük kərəm sahibidir. O Rəbbin ki, insana qələmlə (yazmağı) öyrətdi. O rəbbin ki, insana bilmədiklərini öyrətdi» (əl-Ələq 1-5). Bu buyuruqdan sonra ona Peyğəmbərlik verildi.
Vəhy Peyğəmbərimiz - sallallahu aleyhi və səlləm - bir neçə şəkildə gəlirdi. Aişə - radıyallahu anhə - rəvayət edir ki, bir gün Xaris b. Hişam - radıyallahu anhu - Peyğəmbər - sallallahu aleyhi və səlləm -dən: «Ya Rəsulullah! Vəhy sənə necə gəlir?» deyə soruşdu. Peyğəmbər: «Hərdən vəhy zınqırov səsi kimi gəlir. Bu da mənim üçün (vəhyin) ən ağır gəliş şəklidir. Deyilənləri öyrəndikdən sonra o, məni tərk edir. Hərdən də mələk mənim qarşıma insan qiyafəsində gəlir və vəhyi mənə çatdırır. Mən də onun dediklərini yadda saxlayıram. Aişə - radıyallahu anhə - deyir ki, mən görürdüm necə ki, soyuq bir havada vəhyin gəlişindən sonra onun alnından tər axardı»5.
1) Həqiqi (doğru) yuxu - Ruyai Sadiqa - Bu Rəsullaha vəhyin ilk gəlməyə başladığı vaxtdır. Bütün gördüyü yuxular sabah aydınlığı kimi həqiqət idi. 2) Mələyin vəhyi qəlbinə salması, üfləməsi ilə6. 3) Mələk Rəsulullah - sallallahu aleyhi və səlləm -ə insan şəkilində gəlirdi7. 4) Vəhy zınqırov (zil) səsinə bənzər bir səslə gəlirdi. Bu vəhyin ən ağır şəkli idi. Mələk vəhyi o, qədər qarışıq, başadüşülməsi ağır bir şəkildə endirirdi ki, ən soyuq havada belə Peyğəmbər - sallallahu aleyhi və səlləm -in alnından tər damla-damla axırdı8. Hətta səfər ərəfəsində miniyin üzərində olduqda belə bir vəhy gəlsəydi vəhyin ağırlığından heyvan yerə çökərdi9. Bir dəfə vəhy gələn vaxt Peyğəmbər -sallallahu aleyhi vəsəlləm-in dizi Zeyd b. Sabitin dizi üzərində idi. Zeydin ayağına o, qədər ağırlıq yuklənmişdir ki, az qala ayağı qırılacaqdır10. 5) Mələk yaradıldığı şəkildə Peyğəmbər - sallallahu aleyhi və səlləm -ə görünürdü. Vəhy iki dəfə bu şəkildə endirilib. Maraqlananlar Nəcm surəsinin 7-13-cü ayələrinə baxa bilərlər11. 6) Heç bir vasitə olmadan doğrudan-doğruya Allahın bildirdiyi vəhy. Merac gecəsində Allah namaz vaxtlarını bu şəkildə fərz qıldı12. 7) Üç Peyğəmbər var ki, Allah onlarla vasitəsiz danışmışdır. Adəm - əlehissəlam - ilə Cənnətdə, Musa - əlehissəlam - ilə yer üzündə və Muhəmməd - sallallahu aleyhi və səlləm - ilə Meracda. Bəziləri səkkizinci vəhy şəkilini də deyirlər. Bu heç bir pərdə olmadan Allah ilə üz-üzə danışmasıdır. Bu merac gecəsində Rəbbini gördü deyənlərin rəyidir. Sələf və sonradan gələn islam alimləri bu fikirdədilər ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - öz Rəbbini görməyib. Çünki səhabələr ondan soruşduqda ki, Allahı gördün o, buyurdu: «Bir nur gördüm»13. Məsruk - radıyallahu anhu - deyir ki, Aişə - radıyallahu anhə -nin yanında dayanmışdım: «Ya Aişə! Üç şey vardır ki, hər kim onlardan birini söyləyərsə Allaha qarşı böyük iftira atmış olur. Nədir onlar?» dedim. Aişə: «Hər kim Muhəmməd Rəbbini gördü deyə söyləyərsə, Allaha qarşı böyük iftira etmiş olur» dedi. Mən dayanmışdım. Həmən oturdum və: «Ey möminlərin anası! Bir dəqiqə. Tələsmə» dedim. Allah: «And olsun ki. Onu açıq üfliqdə görmüşdü» (ət-Təkvir 23). «O, qüvvət sahibi göründü. O (Cəbrail) ən uca üfliqdə idi». «And olsun ki, başqa bir dəfə də görmüşdü. (yeddinci səmadakı) Sidrətul-Muntəhanm yanında» (ən-Nəcm 6-14) deyə buyurmadımı? dedim. O: «O, Cəbraildi. Onu yaradılış surətində yalnız iki dəfə görmüşdü» dedi. Aişə: «Gözlər onu dərk etməz. O, gözləri dərk edər» (əl-Ənam 103), «Heç bir bəşər övladına Allahla danışmaq müyəssər olmaz. Allah onlarla ancaq vəhylə, yaxud (Musa ilə) pərdə arxasından danışar və ya bir elçi (mələk) göndərər, o da Allahın izni ilə Allahın istədiyini vəhy edər» (əş-Şura 51)14.
ONUNLA NƏLƏRİN GÖNDƏRİLDİYİNİ VƏ NƏ ÜÇÜN GÖNDƏRİLDİYİNİ BİLMƏK
Allahı tövhid etmək və əmr olunanları edib, qadağan olunanları tərk etməyi əmr edən şəriətlə göndərmişdir. Allah onu aləmlərə rəhmət olaraq, onları şirkin, küfrün və cəhalətin qaranlıqlarından elm, iman və tövhidin aydınlığına çıxartmaq üçün göndərmişdir. Bu yolla Allahın məğfirət və rizasına nail ola bilsinlər, onun əzab və qəzəbindən qurtara bilsinlər. Allah insanları şirkdən qorxudub əzabı vasitəsilə ayıltmaq, rububiyyət, uluhiyyət, isim və sifətlərində də tövhidə dəvət etmək üçün göndərmişdir. Bunlara dəlil: «Ey (libasına) örtünüb bürünmüş Peyğəmbər! Qalx (qövmünü Allahın əzabı ilə) qorxut! Öz Rəbbini uca tut. Libasını təmizlə. Əzaba səbəb olacaq pis şeylərdən uzaqlaş. (Etdiyin yaxşılığı) çox bilib başa qalxma. Rabbinin rizasını qazanmaq üçün səbr et» (əl-Muddəssir 1-7). Allahın «Qalx və qorxut» buyurduğunun mənası, şirkdən qorxudub çəkindirmək və tövhidə dəvət etmək deməkdir. «Öz Rəbbini üca tut» tövhid ilə onu təzim et. «Libasını təmizlə» yəni əməllərini şirkdən təmizlə. «Pis şeylərdən uzaqlaş» yəni bütlərdən uzaq dur. Onlardan uzaq durmaq isə bütləri və bütpərəstləri tərk edib, onlardan uzaq durmaq deməkdir. Bütün bu buyuruqlardan sonra ona risalət verilmiş oldu. O, da qalxıb dəvət etdi və Allahın əmrini yerinə yetirdi.

1)Buxari, Müslim.
2)Müslim.
3)İbn Cərir 2/144, əl-Həkim «Mustədrək» 2/530, əs-Suyuti «Durrul Mənsur» 6/370.
4)O, Şeyx Cəmaləddin Əbu Zəkəriyyə b. Yusif b. Yəhya olub Bağdadda doğulmuşdur. Gözəl dilçi və hafiz
idi. Gözəl şer yazardı. Monqolların Bağdada girdikləri vaxt öldürüldü hicri 656. Şəzarat əl-Zəhəb 5/285,286.
5)Buxari.
6)Əbu Nuaym «əl-hilyə» 3/156,157, 10/26,27 Əbu Uməmədən. Sənədində Ufeyr b. Miğdan zəifdir, qalan
ravilər isə etibarlıdır. əl-Heysəmi «əl-Məcmua» 4/72, İbn Məcə 2144, İbn Hibban 1084,
7)Buxari, Müslim.
8)Buxari, Müslim, İmam Əhməd 6/158,163,257, Məlik 1/202, Nəsai 2/146,149 əl-İftitah.
9)İmam Əhməd 6/118, Aişə - radıyallahu anhə -dən, əl-Həkim 2/505-də səhih demişdir. Zəhəbi də
təsdiqləyir.
10)Buxari «ət-Təfsir» 8/196.
11)Müslim, Tirmizi 3274 Aişə - radıyallahu anhə -dən.
12)Buxari, Müslim.
13)Müslim.
14 )Müslim 177.


Tarix: 27.04.2013 / 17:04 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 292 Bölmə: Peyğəmbərlərin Həyatı
loading...