Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Neçə desibel səsdə insan kar ola bilər?

Desibel səs vahididir və səsin şiddəti desibellə ölçülür qısa olaraq DB yazılır.
Normal səs səviyyəsi nə qədər olmalıdır ?
Araşdırmalarla müəyyən edilmişdir ki 0 db səs insan qulağının eşidə biləcəyi səs ən aşağı səs 180 db isə roket atarkən roketin verdiyi səsdir.
Desibel ölçüsü loqoritmik olaraq artar və azalar. Məsələn 20 db 10 db-dən 10 dəfə 30 db isə 10 db-dən 100 dəfə çox şiddətlidir.
Səs səviyyəsinə görə aşağıdakı kimi müəyyən olunur.
0 db – insan qulağının güclə eşidə biləcəyi ən zəif səs.
30 db - pıçıltı, zəif səslə danışmaq.
60 db - normal səs, insanalr normal şəraitdə 60 db gücündə səs səviyəsi ilə danışırlar. 60 db –yə misal olaraq tikiş maşını və ya yazı makinalarının çıxardığı səsi göstərmək olar.
90 db - ağır yük maşınlarının çıxardığı səs 90 db-yə bərabərdir.Bu səsə gündə maksimum 8 saat məruz qalmaq olar.
100 db - asfalt deşən texnikanın və ya yanacaqla işləyən mişarın (drujbanın) çıxardığı səs. Bu səsə gündə iki saat məruz qalmaq olar artıq ziyandır.
115 db - yüksək səsli roket və ya səs-küylü rok konsertlərində insanların məruz qaldığı səs səviyyəsi 115 db-yə bərabərdir. Bu səsə gündə maksimum 15 dəqiqədən artıq məruz qalmaq məsləhət görülmür.
140 db- təyyarə səsi. İnsanların bu səviyyədə səsə məruz qalması təhlükəlidir.
Ümumiyyətlə mütəxəsislər 85 db-dən yuxarı səsə daimi məruz qalmanın zərərli olduğunu bildirirlər.


Tarix: 19.01.2015 / 15:54 Müəllif: Aziza Baxılıb: 70 Bölmə: Otolorinqologiya
loading...