Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yuxuda Ordu görmək

Ordu – güc, labüdlük rəmzidir. Yuxuda orduda xidmət etmisinizsə, həyatda işlərinizdə çox böyük çətinliklərlə qarşılaşacaqsınız.Ola bilsin ki, çox qəddar və tələbkar insanın əsarəti altına düşəcəksiniz. Yuxuda böyük ordu görmüsünüzsə, bu hücum, basqın və əsarət əlamətidir.Yuxuda sizi hərbi qulluğa çağırıblarsa, bu, həyatda uzunsürən münaqişə iştirakçısı olacağınıza işarədir. Düşmənin ordusu ilə vuruşmaq – məsuliyyətli qərar verəcəyinizə işarədir.Yuxuda düşmənin ordusunun məğlubiyyətini görmək o deməkdir ki, həyatda istədiyinizə nail olmaq üçün hər bir şeyə hazırsınız.Yuxuda orduya rəhbərlik edirsinizsə, bu o deməkdir ki, həyatda bütün imkanlarınızdan hələ istifadə etmədiyinizi hamıya sübut etmək istəyirsiniz. Yuxuda ordu generalı sizə əmr veribsə, bu,həyatda nüfuzlu bir insanın himayəsinə sığına biləcəyinizə işarədir.


Tarix: 11.03.2014 / 13:44 Müəllif: Ebulfez Baxılıb: 142 Bölmə: O hərfi
loading...