Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Unut.....
Unut.....

Əyri tutmusan əllərində həyatı
Keçmişinlə gələcəyin qarışıb bir-birinə.
Iç-içə keçirdiyin səbəblərdi bəlkə əlini əyən?
Unutma ki,
hər səbəb olacağa bir işarədir.
Heç bitməsin deyə başlamamaq isə,
Səbəb deyil,
bəlkə də çarədir.
Sən –öz içində,
bəzən yaralarının məlhəmi olan,
bəzən yarana duz basan
və bir nəfəsə söndürə bilmədiyin
sevgin qədərsən.
Bəzən sənə elə gəlirmi ki,
içindəki sadəcə qabığını dəyişən ilandır ?
Elədirsə,
o hiss sənin doğmandır,
o hiss sənin özündür.
Içində hava xoşdursa,
Unut hansı mövsümdür.


Tarix: 04.06.2015 / 17:47 Müəllif: Aziza Baxılıb: 140 Bölmə: Nuranə Nur
loading...