Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yəni nə?
Yəni nə?

Bir mərd ilə ülfət qıllam mərdanə,
Namərd ilə ülfət qılmaq, yəni nə?
Müxənnətlər yaxşı gündə dost olur,
Yaman gündə keçib gedir yönünə.

Həqiqət şərtiynən baxgınan sözə,
Qiyamət pərdəsi çəkərlər üzə.
İgid odur qan yatıra, iş düzə,
Hər qovğaya qarışmağın yəni nə?

Ağıl bir qumaşdı kimsənə satmaz,
Əsli comərd olan zikirsiz yatmaz.
Gedən getdi, daha geri qayıtmaz,
Dalısınca peşman olmaq, yəni nə?

Məmmədhüseyn deyər, söhbət dəmində,
Bərabəri yoxdur ruyizəmində.
Urfan məclisində, dost nəzərində,
Hədyan deyib danışmağın yəni nə?


Tarix: 25.05.2015 / 13:14 Müəllif: Aziza Baxılıb: 152 Bölmə: Novruzov Məmmədhüseyn
loading...