Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dama - dama
Dama - dama

Ruzinə kəm baxma, naşükür bəndə,
Göl olar deyiblər, a dama-dama.
Aşıq, adam adama,
Gərəkdir dam adama.
Yar ərişdi qəlbimə,
Gəzdim qan dama-dama.
Namərdə tövlə də qıyılan deyil,
Yaraşar cəvahir, ləl, dam adama.

Vaxt var idi, ay da məndim, gün də mən,
Hər anından cəh-calalı gül daman.
Aşıqam, bu gündə mən,
Can eşidən gündə mən.
Dost yolunda bölündüm,
Oldum kündə-kündə mən.
Bir kəsə qıymadım yandım gündə mən,
Həsrət qaldım axır bir dama, dama.

Məmmədhüseyn, işi düşdü çapara,
Tez yetir naməni yara, çapar, a...
Mən aşiqəm, çapara,
Düzəldildi çəp ara.
Yaltağı yaxın qoyma,
Arxanca hey çapar, a...
Yaxşı dostu dağı-daşı çap, ara,
Yorulmaz, arıyar hey dama-dama.


Tarix: 25.05.2015 / 13:11 Müəllif: Aziza Baxılıb: 251 Bölmə: Novruzov Məmmədhüseyn
loading...