Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ağladı........
Ağladı........

Getmə! Ölərəm mən bundan sonra
Ayrılıq gəlincə gözüm ağladı.
Araya ayrılıq düşəndən sonra
Dağlarım ağladı, düzüm ağladı..

Bir ocaq qaladım, gəl isin dedim.
Ocağımı söndürdün közüm ağladı.
Gözlərəm, neçə ay, neçə il dedim.
Hövsələm tükəndi, dözüm ağladı.

Güllər əkdim sənə gəl qoxla dedim.
görmədin gülləri gözüm ağladı.
Duyğumu tökdüm misralarıma,
Duyğumu axıtdım misralarıma
Kəliməm yas saxladı sözüm ağladı


Tarix: 04.06.2015 / 17:43 Müəllif: Aziza Baxılıb: 70 Bölmə: Nigar Duyğu
loading...