Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Atalar sozleri (B)

Bablı babın tapmasa, günü ah-vaynan keçər.
Bacanaq bacanağı görəndə qaşınma tutar.
Bacarana can qurban.
Bağ olmayan yerdə böyürtkən özünü bağ çağırar.
Bağ sahibsiz olmaz.
Bağ salan barın yeyər.
Bağ vaxtı bağbanın qulağı ağır eşidər.
Bağa bax üzüm olsun, yeməyə üzün olsun.
Bağa baxarsan bağ olar, baxmazsan dağ olar.
Bağban bağban olsa, neyləyir bağ divarı?!
Bağban tələsər, armud vaxtında yetişər.
Bağda ərik var idi, salam-məlik var idi,
Bağdan ərik qurtardı, salam-məlik qurtardı.
Bağı bağban yeyər, qoyunu çoban.
Bağı ver bağbana, yarısın yesə də.
Bağlı bağını qıydı, bağban salxım qıymadı.
Bağa qınından çıxdı, daha qının bəyənmədi.
Bağa özün çəkə bilməz, evin dalına alar.
Bahalıqda çörəyin əsirgəyən ucuzluqda yalqız qalar.
Baxma deyənə, bax dediyinə.
Baxmaq kirayə istəməz.
Baxmaqla öyrənmək olsa, itdən qəssab olardı.
Bal tutan barmaq yalar.
Bal verən çiçəyi arı tanıyar.
Bal yeyib, bəlasını çəkir.
Balını ye, arısını soruşma.
Bala baldan şirindir.
Bala quşun ağzı böyük olar.
Balalı qarğa bal yeməz.
Balalı qarğaya yem yoxdu.
Baldızım – çuvaldızım, hərdən gələr, sancar, gedər.
Balığı haçan tutsan təzədir.
Balığı ya öldürdün, ya sudan qırağa qoydun.
Balığın dirisi də suda, ölüsü də.
Balıq balığı udmasa dəryanı balıq tutar.
Balıq başdan iylənər.
Balıq sudaykən sövda olmaz.
Balıq suya çəkər.
Balıq tutan suyu bulanıq istər.
Balta ağac kəsməzdi, sapı ağac olmasaydı.
Baltada varsa, sapında da var.
Baltanı dibdən vurmazlar.
Baltanı qızıldan elərsən, gedər odunun yanına düşər.
Bar verən ağacı kəsməzlər.
Barlı ağaca daş atarlar.
Barlı ağacın başına dolanarlar.
Barsız ağaca daş atmazlar.
Barıt ilə odun dostluğu olmaz.
Başbilənsiz iş olmaz.
Bənnasız divar hörülməz.
Bərəkət hərəkətdir.
Bikarlıq korluq (aclıq) gətirər.
Bir buğda əkməsən, min buğda biçməzsən.
Bir vurmağla ağac yıxılmaz.
Bir əldə iki qarpız tutmaq olmaz.
Bir işi başlamağa çalış, özü qurtarar.
Bir işi qurtarmamış, o biri işdən yapışma.
Bitmiş işdən gül iyi gələr.
Bu əlin rənci, o ələ haramdır.
Bu günün işini sabaha qoymazlar


Tarix: 28.05.2013 / 15:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 499 Bölmə: Nesihetler, atalar sözleri
loading...