Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sənubər Kərimova

Həyatı
Kərimova Sənubər Ağa qızı doğum tarixi 13.01.1935 Naxçıvan şəhəri. 1959-cu ildə Azərbaycan Dövlət Universiteti (indiki BDU) filologiya fakultəsinin jurnalistika şöbəsini bitirmişdir. 1965-1975 illərdə "Şərq qapısı" qəzetində şöbə müdiri, 1975-1976 illərdə redaktor müavini və 1976-1985 illərdə redaktor işləmişdir, eyni zamanda 1976-1985 illərdə Azərbaycan Jurnalistlər Birliyinin katibi və Naxçıvan vilayət təşkilatının sədri olmuşdur. 1985-1993 illərdə Naxçıvan Muxtar Respublikasının Sosial Təminat naziri vəzifəsində olmuşdur. 1993-2000 illərdə Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin birinci müavini vəzifəsində çalışmışdır. Naxçıvan Muxtar Respublikası qadınlar şurasının sədri olmuşdur (1975-1990).

2000-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutu "Folklor sarayı"nın nəşri olan "Dədə Qorqud" almanaxının əməkdaşıdır. Naxçıvan MSSR Ali Sovetinin 10-11-ci çağırış deputatı seçilmişdir.

Azərbaycanın hərbi və mədəni tarixində silinməz izlər qoymuş Kəngərli nəslinin davamçılarından olan Kərimova Sənubər Ağa qızı Kərim Sultan Kəngərlinin nəticəsidir.


Tarix: 28.01.2015 / 18:28 Müəllif: Feriska Baxılıb: 95 Bölmə: Naxçıvan MSSR
loading...