Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

988 – ci ildə Vaspurakana növbəti yürüş zamanı Rəvvadi hökmdarının vəfat etməsi Əbu Düləfin yenidən

1054 – 1055 – ci illərdə Səlcuq sultanı Toğrulun Azərbaycana yürüşü zamanı Əbudüləfilərin hakimlik etdikləri Naxçıvan da hücuma məruz qalır. 1063 – cü ildə ikinci səlcuq sultanı Alp Arslan (1063 – 1072) Azərbaycanda Səlcuqilərin vassalı olan feudal mülklərinin sahibləri üzərində təsir gücünü artırmaq üçün Cənubi Qafqaza yürüş edir.

Reydən Mərəndə, ordan isə İbn əl-Əsirin (XIII əsr) yazdığına görə, "ölkələrin dərələri və sərt dağları ilə Naxçıvana” gələn Səlcuq qoşunu sultanın əmri ilə burada “Araz çayını keçmək üçün gəmilər” hazırlayır. Həmin müəllifin məlumatına görə. Naxçıvanda olarkən “sultanın ətrafında saysız – hesabsız hökmdar və əsgər toplandı”. İbn əl-Əsir səlcuqların “müsəlmanların sərhədyanı dayağı” olan iki qalanı (Sürməlini və Qarabağı) tutduqlarını və “əsgərlərlə, sursatla, pulla və silahla təmin edib, Naxçıvan əmirinin səərncamına vermələrini” də bildirir. Bu məlumatda əmirin adı çəkilməsə də, tədqiqatçılar Alp Arslanın Əbudüləfiləri hakimiyyətdən uzaqlaşdıraraq Naxçıvanşahlığa son qoyduğu və Naxçıvana Səlcuqlulardan olan əmir təyin etdiyini qeyd edirlər.


Tarix: 08.01.2015 / 02:49 Müəllif: Feriska Baxılıb: 7 Bölmə: Naxçıvanşahlıq
loading...