Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ölümə tərəf
Ölümə tərəf

Gedirik deyə-gülə,
Gedirik ölümgilə.
Gedər-gəlməz yoldu bu,
Kim qayıda, kim gələ?!
Ölüm, qarşıla məni.

Piyada səbrimiz yox,
Maşın qəzası nə çox...
Həyat üzük içində, -
Hansı tərəfə qaçaq;
Ölüm, qarşıla məni.

Ömür – sinif dəftəri,
Saylıdır varaqları.
Əlimiz yetməz ona,
Təzədən yazaq barı;
Ölüm, qarşıla məni.

Hələ tezdir, igidim,
Nəyim var, nə üyüdüm.
İki körpəm gözləyir,
Möhlət ver qoy böyüdüm,
Gəlim, qarşıla məni...


Tarix: 25.05.2015 / 13:41 Müəllif: Aziza Baxılıb: 106 Bölmə: Nüsrət Kəsəmənli
loading...