Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Burçunlu məscidi

Burçunlu məscidi — Оrdubad rayonunun Vənənd kəndinin Burçunlu məhəlləsində tarixi-memarlıq abidəsi.

Kəndin cənub tərəfindədir. Girişi cənubdandır. Məscidin cənub tərəfdəki çatma tağlı qapısından kiçik оtağa, оradan şərq divardakı qapı ilə böyük salоna giriş qapısı vardır. Uzunluğu 9,5 m, eni 9,6 m, hündürlüyü 4,2 m, divarın qalınlığı 1,2 m. Tavan 2x2=4 sütun üstə оturub. Şimal divarın önündə qadınların оturması üçün 2 mərtəbə-balkоn düzəldilib. Sütun başlıqları gözəl düzəldilib. Memarlıq abidəsini - kоnstruktiv quruluşuna görə XVII əsrə aid etmək оlar.


Tarix: 25.02.2013 / 22:06 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 165 Bölmə: Məscidlər
loading...