Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ailədə intimdən zövq almanın qaydaları (+18)

20-40 yaşlar arası, seksin ən sıx yaşandığı, qadın və kişinin ən aktiv olduğu yaşlardır. Ancaq bu yaş aralığının xaricində də arzulanmaq istəyini, bədəni ilə barışıq olma arzusunu, orgazm təcrübəsini, fantaziyalarını yaxşı qiymətləndirən hər fərd, həyatı boyunca cinsi həyatını davam etdirə bilər.

Seksdən zövq almanın qaydaları...
Yaş irəlilədikcə və ya uzun zaman birlikdə yaşadıqca, cinsi istəkdə azalmağa, kişilərdə ereksiya və boşalma problemləri, qadınlarda cinsi həvəssizlik problemləri meydana gəlməyə başlayır. Bu kimi faktorlar cinsi əlaqəni də məcburiyyətdən, vəzifə borcu kimi təkrarlanan hala gətirə bilir.

Bu təkrarlanan həyat: Cütlərin bir-birləriylə yaxınlaşmaları, arzularını mühafizə edə bilmələri, bədənləriylə barışıq olmaları, fantaziyalarını inkişaf etdirə bilmələri, cinsi seçimlərini gözdən keçirmələri kimi xüsusiyyətlərlə qarşısı alına bilər.

Cinsi IQ, insanın seçimlərini, duyğularını, seks sırasındakı qoxusu və çıxartdığı səslər ilə bədənini, cinsi aktivindəki limitlərini, qadağan olan və olmayan nöqtələri və yaşamaq istədiyi dəyişiklikləri mühakimə etməsi və bütün bu faktorlarla özünü qəbul etməsidir. Bu səbəblə, IQ-nün yaxşı bir cinsi həyatdakı əhəmiyyəti ölçüyəgəlməzdir...

Seksin bədən görünüşü ilə heç bir əlaqəsi yoxdur. Mükəmməl olmayan bədənlər də seksdən zövq alar, partnyora zövq verə bilərlər. Burada əsas olan, tərəflərin qarşılıqlı olaraq dürüst və bir-birilərinə qarşı hörmətli olmaları, cinsi əlaqəni keyfiyyətli şəkildə yaşamağa çalışmaları əhəmiyyətlidir.

Qənaətbəxş seks meydana gətirən müsbət faktorların siyahısı, seks əsnasında cinsi təminolma, tərəflərin icazə vermə diapazonu, haqqlarını qiymətləndirmə qabiliyyəti, cinsi əlaqə ilə əlaqədar doğru məlumatlara sahib olmaları, kafi dərəcədə həyəcanı hiss etmələri və zehni konsentrasiya ilə qarşılıqlı şəhvətli qoxunun bir-birinə cazibədar gəlməsi olaraq yekunlaşdırıla bilər.

Əylənmək də seksin bir hissəsidir. Şəxslərin arzuları çərçivəsində azad olması, fantaziyalar qurması, dürüstlük və hörmət çərçivəsində zövq aldığı şeyləri partnyora təqdim etməsi, cinsi əlaqəni imtiyazlı bir hədiyyə olaraq qəbul etməsi və hər kəsin zövq almağa haqqı olduğunu qəbul etməsi ilə cinsi həyatları rənglənəcəkdir.

Cinsi əlaqədə intensivlik əhəmiyyətli deyil. Evli bir cütün seks etmə silsilələri, tamamilə şəxslərə görə dəyişən bir vəziyyətdir. Heç bir evli cüt, seks etmə intensivliyi az deyərək tənqid edilməməlidir. Ancaq davamlı birlikdə yaşamaq və ya evliliklərdə periodik bir yanaşma təklif edirik.
Xüsusilə qarşılıqlı həyəcanı mühafizə etmək baxımından periodik silsilələr əhəmiyyətli hesab olunur. Periodik, müəyyən aralıqlarla təminedici əlaqələr, eyni zamanda cinsi funksiyanın davamılılığı baxımından da əhəmiyyətlidir.


Tarix: 23.11.2014 / 15:04 Müəllif: Aziza Baxılıb: 88 Bölmə: Maraqli Melumatlar
loading...