Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dodaqlarınızın qurumaması üçün 10 məsləhət

1 - Dodaq qurumasına ən çox səbəb olan şey susuzluqdur. Həkimlər gün ərzində 2lt su içməyinizi təklif edir. Əgər çox su içə bilmirsinizsə, ən azından susadığınızda 1 stəkan daha çox su için. Yeməklərdə şorba içmək həm mədənizə həm də su içməyinizə faydası var.

2 - Kifayət qədər su içirsiniz ancaq yenə də dodaqlarınız quruyursa bildiyimiz digər səbəb isə həddindən artıq isti və ya soyuq hava şəraitlərdir. Bu hava şərtlərindən qorunmaq lazımdır, amma gündəlik həyatda evimizə bağlı qalmayacağımıza görə çölə çıxarkən tədbir olaraq Lip Balm istifadə etmək lazımdır. Lip Balm məhsulları daxil olan qliserin ilə nəmi qoruyar və dodaqlarınızın həddindən artıq qurumasına mane olar. Çox günəşli günlərdə şapka taxmaq bir az dodaqlarınızı günəşdən qoruyacaq, soyuq havalarda isə şal istifadə etməyiniz məsləhətdir...

3 - Dodaqlarınızı ölü dəridən təmizləmək və ordaki hüceyrələri hərəkətləndirmək üçün dişlərinizi fırçalarkən çox sərt davranmadan dairəvi hərəkətlərlə dudaklarınızıda fırçalayın təsirini dərhal hiss edəcəksiniz.

4 - Xüsusilə B vitamini olan qidalar yeyin. Gündəlik istifadə etdiyimiz B vitamini olan yeməklər misal olaraq: qoz, şüyüd, yarma, süd, ət, pul bibər, yumurta sarısı, kartof və meyvələr.
5 - Siqaret istifadə edirsinizsə dodaqlarınız böyük ehtimalla quruyur. Siqareti tərgidin.

6 - Bir digər səbəb stress. Stress bütün bədəninizə təsir etdiyi kimi dodaqlarınızında çatlamasına səbəb olur. Stressdən xilas olmanın ən yaxşı yollarından birisə idman etməkdir. Vaxt tapa bilmirsinizsə heç olmasa ən azından gəzmək sizin üçün xeyirli olacaqdır.

7 - Dodaqlarınıza bal və vazelin vurun. Əlbəttə lap çox deyil barmağınızla bir az götürüb ovaraq dodaqlarınıza sürtün təsirini dərhal göstərir ancaq ana səbəblərdən qurtulmadıqca, bu dərddən qurtaracağınızı sanmayın! (Çatlamış dodaqlara məsləhətlidir.)

8 - Dodaqlarınızı yalamayın əks halda nəmin daha sürətli qurumasina səbəb olarsınız.

9 - Bağlı məkanlarda havanın nəmli olması əhəmiyyətlidir. Ölkəmizdə hava nəmləndirici məhsullardan satılmır. Ancaq eyni təsiri bir radiatorun üzərinə su qoyaraqda edə bilərsiniz.

10 - Dodaqlarınız quruyursa bir digər səbəbi bədəninizin suya ehtiyacı duyduğunu göstərir. Bol bol su içərək dudaklarınızdaki qurumanın qarşısını ala bilərsiniz.PS: Əgər bu üsullarla sizin dodaq quruması kecmədisə bir həkimə görünməlisiniz. Heç bilmədiyiniz bir xəstəliyin göstəricisi ola bilər.


Tarix: 05.12.2012 / 19:58 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 573 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...