Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qüsursuz bədənin sirri bu yazıda
Qüsursuz bədənin sirri bu yazıda

Həmişə heyranlıqla baxdığınız məşhur xanımlar kimi qüsursuz bir bədənə sahib olmaq istəyirsizsə, bu tövsiyələrə əməl edin.

Fırçalayın. Hamama girmədən əvvəl sellülit yumrularını azaltmaq və qan dövranını yaxşılaşdırmaq üçün bədəninizi fırçalayın.

Duşdan zövq alın. Bir hamam yağı ilə zənginləşdirilmiş ilıq vannada dincələrək dərinizi yumşaldın.

Dərinizi qüsursuzlaşdırın. Vannadan çıxandan sonra dirsəklərinizi, topuqlarınızı və dizlərinizi ovalayın.

Bədəninizi nəmləndirin. Ayaq biləkəri kimi çətin bölgələrə nəmləndirici ilə masaj edin.

Ayaq baxımına önəm verin. Meyvə asitli kremlərinizi ayaq topuqlarınızdan barmaqlarınıza qədər yedirin və daha sonra pambıqlı corab geyinin. Həm pedikürün qalıcı olmasına, həm də ayaqlarınızın yumşalmasına kömək edəcək.

5 addımda üz baxımı
Üzünüzü təmizləyin. Bir təmizləyici südlə üzünüzü yuxarıya doğru masaj edin və durulayın.

Qan dövranını hərəkətə keçirin. İlıq suyun içinə bir miqdar aromaterapik ətir töküb qarışdırın. Bu qarışımı bir parçanın köməyi ilə üzünüzə sürtün. Parça ilə üzünüzə 4-5 dəfə təzyiq edin. Sirkulyasiyaya kömək etmiş olacaqsız.

Pilinq edin
Müntəzəm olaraq etdyiniz pilinq dərinizi aydınladacaq. Pilinq məhsullarını üzünüzə nazik şəkildə sürtüb təzyiq edərək dairəvi hərəkətlərlə masaj edin. Boynunuzu unutmayln. Ardından suyla yuyun.

Dərinizi maska ilə canlandırın. Gil tərkibli məhsullar dəridəki məsamələri açaraq dərini aydınladır. Su tərkibli olanlar isə nəmləndirir.
Bütün bu edilənlərdən sonra baxım məhsulları, ya da dəri yağları ilə dərini yumşaldın.

Saçlarda qüsursuz işıltı
Doğru rəng seçin. Mükəmməl bir nəticə üçün seçdiyiniz boyanın rəngi saç rəngindən iki ton açıq olmalıdır.
Boya çəkərkən saç dibi və qulaq ətraflarını ləkələrdən qorumaq üçün vazelin sürtün. Saçı bölərək boyanı çəkin.
Saçınızı yuduqdan sonra boya ilə verilən balzamla yuyun. Rəng qoruyucu şampun, kremlər istifadə edin.


Tarix: 16.04.2015 / 13:07 Müəllif: Aziza Baxılıb: 251 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...