Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kökəlməmək üçün makaronu necə yemək lazımdır?

Bildiyimiz kimi, makaronun tərkibində bol miqdarda karbohidrat var. Buna görə də makaron yedikdə orqanizmdə kökəlmə prosesi gedir.

Ancaq son araşdırmalar makaron yeməkdən vaz keçə bilməyənləri sevindirib. Araşdırmaların nəticəsinə görə, əslində makaron yeyib kökəlməmək, hətta makaronu orqanizm üçün faydalı qidaya çevrimək mümkündür. Bunun üçün sadəcə olaraq makaronu soyuq şəkildə yemək lazımdır.

Tədqiqatlar zamanı məlum olub ki, bişirildikdən sonra soyumağa qoyulan makaronu yedikdə orqanizm onu lifli tərəvəz kimi qəbul edir.

Makaron bişdikdən dərhal sonra yeyildikdə onun tərkibindəki karbohidrat bədəndə şəkərə çevrilir. Şəkərin səviyyəsini aşağı salmağa çalışan orqanizm insulin istehsal etməyə başlayır. Bütün bu proses bədənimizi yorur və daha tez acmağımıza səbəb olur. Nəticədə həftədə 3-4 dəfə makaron yeyənlər ayda 4-5 kiloya kimi kökəlirlər.

Ancaq makaronu bişirdikdən 20 dəqiqə sonra, yəni soyuq şəkildə yesək, onun tərkibindəki karbohidratlar şəkərə deyil, nişastaya çevrilir. Beləliklə, daha gec acırıq və kökəlmək riskimiz azalır. Araşdırma nəticəsində həm də o bəlli olub ki, soyuq makaronun kalori dəyəri də azalır.

Araşdırmanı aparan həkimlərdən biri olan Kris Van Töliken bəzi insanların makaronu isti şəkildə yeməkdən zövq aldığını, soyuq makaron yeyə bilmədiklərini nəzərə alaraq tədqiqatlarını genişləndirib. Nəticə isə həkimləri olduqca təəccübləndirib. Həkim Krisin sözlərinə görə, bişdikdən sonra soyudulan və yenidən qızdırılan makaron da kökəlmə vermir. Yəni əsas makaronu ilk bişirildikdə yeməməyə diqqət etməliyik.


Tarix: 25.11.2014 / 11:07 Müəllif: Aziza Baxılıb: 56 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...