Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Civzələrdən qurtulmaq üçün maskalar

Əgər siz civzələrdən və səpkidən əziyət çəkirsinizsə, o zaman bu maskalardan hansını istəsəniz, evdə özünüz hazırlayın və üzünüzə tətbiq edin.
Yerkökü və turp maskası
Hər iki tərəvəzi yaxşıca bişirin. Qoyun biraz soyusun. Sonra yaxşıca əzin və hazır əzilmiş kütləni üzünüzə çəkin. 10-15 dəqiqə üzünüzdə saxlayın və sonra üzünüzü süd ilə yuyun.
Bu maskadan sonra üzünüzün dərisi təmizlənir və təravətlənir.
Civzələrdən qurtulmaq üçün maskalar
Çiyələk maskasi
Sizə sadəcə 3 ədəd çiyələk lazımdır.
Təmiz yuyulmuş çiyələkləri əzin və üzünüzə çəkin və 10 dəqiqə üzünüzdə saxlayın. Sonra isə üzünüzü gül suyu ilə silib təmizləyin.
Xiyar maskası
Xiyarı yuyub qurulayın. Qabıqlı halda sürtkəcin kiçik gözündən keçirin və bir şüşə qaba tökün. Üzərinə 2 stəkan qaynar su əlavə edin və qoyun soyusun. Soyuyandan sonra istifadə edin.
Üzünüzü gündə 3-4 dəfə onunla silin. Xiyar üzünüzdəki səpkiləri təmizləməkdə sizə köməklik edəcək.
Civzələrdən qurtulmaq üçün maskalarGülümbahar maskası
Bu maska üz dərinizin yağlılığını təmizləyəcək. Quru dərisi olan xanımlar bu maskanı qəti etməsinlər. Çünki gülümbahar (kalendula) üzü qurutmağa meyilli bir bitkidir.
1 x.q gülümbahar (əczəxanalarda satılır) və 0,5 stəkan qaynadılmış soyuq suyu qarışdırın. İki qat tənzifin arasına pambıq qoyun. Onu bu qarışıma batırın və üzünüzə qoyun. Üzünüzdə 20-30 dəqiqə saxlayın. Sonra isə iliq su ilə yuyun.
Civzələrdən qurtulmaq üçün maskalarYumurta ağı ilə maska
Bu maska sizin dərinizi həm təmizləyər, həm ağardar, həm də onu elastik edər.
1 yumurta ağının üzərinə 1 ç.q limon şirəsi əlavə edin və yaxşıca qarışdırın (köpüklənənə qədər). Hazır kütləni pambıqla üzünüzə çəkin. 5-7 dəqiqə qalıb üzünüzdə quruyandan sonra ondan yenidən üzünüzə çəkin və ikinci qatın da qurumağını gözləyin. İkinci qat da quruduqdan sonra yenidən üçüncü qat çəkin və qurumağını gözləyin. Əlinizdəki qarışım bitənə qədər bu prosesi davam edin. Bir yumurta ağından təqribən 3-4 qat alınır.
Sonda isə tam qurumağını gözləyin və üzünüzü ilıq su ilə yuyun. Üzünüzü ilıq su ilə yuyandan dərhal soyuq su ilə yuyunun ki, dərinizə təsir etsin.


Tarix: 24.11.2014 / 17:58 Müəllif: Aziza Baxılıb: 53 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...