Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gözəl və çəkici dodaqların sirri

Dodaq boyası makiyajda son nöqtədir. Düzgün uyğunlaşdırılmış dodaq boyası üzü canlandırmaqdan əlavə, gözlərin parlaqlığını da vurğulaya bilər. Boyanın rəngi zövqə, geyiminin rənginə, ya da dəbdə olan rənglərə görə seçilsə də, dodaqların forması da nəzərə alınmalıdır. Dodaqlar dolğundursa, yumşaq tonlarda mat, parıltısız boyalardan istifadə etmək məsləhət görülür. Dodaqlar nazikdirsə, tünd rəngli dodaq boyasına üstünlük verilməlidir.

1. Pomadanıza uyğun rəngdə dodaq qələmi ilə ortadan uclara doğru dodaqları çevrələyin.

2. Dodağın hər tərəfini qələmlə doldurun. Beləcə həm pomadanın davamlılığı artacaq həm də silinməyə başladığında dodaqlar cansız görünməyəcək.

3. Pomadanı fırçayla dodağa çəkin.

4. Pomadanın davamlılığını artırmaq üçün ilk qatı çəkdikdən sonra artığını salfetlə silin və ikinci qatı çəkin.

5. Parıltı vermək üçün dodaqların tam ortasına rəngsiz bir parladıcı toxundurun


Tarix: 24.11.2014 / 17:39 Müəllif: Aziza Baxılıb: 37 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...