Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bu bitki dəriyə parlaqlıq qazandırır

Böyürtkən - yolların kənarında, meşəlik sahələrdə bitən, çox tikanları olan, eyni zamanda, çox faydalı və şəfalı meyvədir. Çoxu ona sadəcə kol bitkisi kimi baxsa da, böyürtkənin faydaları insan sağlamlığı üçün əvəzolunmazdır. Mineral və vitaminlərlə zəngindir. Böyürtkən üzvi turşu, mineral və vitamin baxımından olduqca zəngindir. Bu bitki kolu demək olar ki, hər yerdə bitə bilər.

Böyürtkən və yarpağının tərkibində olan antioksidanlar immun sistemini gücləndirir. Böyürtkənin xərçəngə qarşı qoruyucu təsiri var.

Təkcə meyvəsi deyil, yarpaqları da şəfalıdır. Yarpaqlarının həlimi və çayı ağızı və boğazı qarqara etmək üçün məsləhətdir. Böyürtkən çayı və yarpağı ağızdakı, dildəki və diş ətlərindəki iltihabları aradan qaldırır. Böyürtkən yarpaqlarının dəmləməsi ağız yaralarında istifadə olunur.

Tənəffüs yolları xəstəliklərində olduqca faydalıdır.

Böyürtkən, onun yarpağı, qurudulmuş meyvələrinin və mürəbbəsinin çayı tərlədici, sidikqovucu təsirə malikdir. Kökünü suda qaynadıb suyunu içdikdə böyrək və sidik kisəsinin daşlarını əridib tökür.

Meyvəsi insandakı aclıq hissini yatızdırır, tərkibindəki təbii şəkər qandakı şəkərin normal qalmasını təmin edir. Yüksək təzyiqin düşməsinə kömək edir. Böyürtkənin kökünü qaynadaraq suyunu içərək qan şəkərini aşağı sala bilərsiniz.

Böyürtkəndən çox yedikdə gözlərin görmə qabiliyyətini qüvvətləndirir. Böyürtkən və yarpağı göz xəstəliklərinə də yaxşı təsir edir. Yarpaqlarını əzib sıyıq kimi göz ağrılarında gözün üstünə qoyaraq bağladıqda müalicəvi təsir göstərir.

Yaddaş zəifliyini aradan qaldırmaq üçün ən yaxşı və təbii vasitədir.

Böyürtkən və yarpağı ayaqlardakı yorğunluğu aradan qaldırır.

Meyvələri mədə-bağırsağın fəaliyyətini tənzimləyir, həzmini yaxşılaşdırır və sistit (sidik kisəsinin iltihabında) və böyrək xəstəliyində faydalıdır.

Öskürəkdə, mədədən qan axanda, qaraciyər xəstəliklərində, əsəb pozğunluğunda və təngənəfəslikdə daxilə qəbul etmək üçün istifadə edilir. Böyürtkənin göy yarpağından hazırlanmış cövhər (çay) ishalda, qastritdə və mədə qanaxmalarında məsləhət görülür.

Onun mürəbbəsindən də soyuqdəymədə istifadə olunur. Təzə və quru meyvələrinin həlimi və ya dəmlənmişi susuzluğu yatırdır, hərarəti aşağı salır, kəskin respirator və sətəlcəm xəstəliklərində məsləhət görülür.

Böyürtkən kosmetik vasitə kimi də dərini gözəlləşdirir.

Belə ki, böyürtkən və yarpağı dəriyə parlaqlıq qazandırır. Böyürtkən çiçəklərindən kosmetik vasitələrin tərkibində istifadə edilir. Çiçəklərindən təbii əl losyonu hazırlaya bilərsiniz.

Bir litr suyun içərisinə 50 qram böyürtkən çiçəyini töküb, qaynadılaraq əldə edilən suyu əllərinizə çəkin. Bu su əllərə olduqca şəfalıdır.

Böyürtkən kökündən ayaq yorğunluğu üçün hazırlanan suyun resepti belədir: 1 litr suyun içərisinə 100 qrama qədər böyürtkən kökünü atıb qaynadın.


Tarix: 24.11.2014 / 17:24 Müəllif: Aziza Baxılıb: 98 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...