Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

2 canlandırıcı üz maskası

Hollivud maskası adı ilə məşhur olan ilk maskamız dərini təmizləyir, möhkəmlədir, matlıq verir.

2 xörək qaşığı qarğıdalı ununu 1yumurta ağı ilə köpük alınana kimi qarışdırın, təmizlənmiş üzə çəkin, 20 dəq sonra qurumuş maskanı çox ehtiyatla nəm kosmetik salfet vastəsilə silin. Sonra üzü əvvəl ilıq, sonra soyuq su ilə yaxalayın.

2-ci maska hamıya çox tanış olan Şahzadə Diananın maskasıdır.

Bunun üçün sizə 1 yumurta ağı, zeytun yağı və limon şirəsi lazımdır.

Yumurtanın ağını köpük alınana kimi çalın, ona 1 çay qaşığı zeytun yağı, 1 xörək qaşığı limon şirəsi qatın. Ehtiyatla qarışdırın ki, yumurta ağının köpüyü itməsin. Bu qarışığı boyun, dekolte və üz dərisinə çəkib, 20 dəq sonra isti su ilə yuyun.

Yaxşı nəticə əldə etmək üçün həftədə 1 dəfə tətbiq olunmalıdır.


Tarix: 24.11.2014 / 16:56 Müəllif: Aziza Baxılıb: 39 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...